Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qubada öldürülən Könülün məhkəməsi qapalı keçirildi: İntim münasibət...
Tarix: 24-11-2016 | Saat: 17:45
Bölmə:Karusel / Hadisə | çapa göndər

Qubada öldürülən Könülün məhkəməsi qapalı keçirildi: İntim münasibət...

Vəkil bildirib ki, məhkəmədə şəxsi həyat və intim məsələlər açıqlanacaq.

Qubada “Retro” istirahət mərkəzinə apardığı qadını qətlə yetirməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən təqsirləndirilən şəxs Elməddin Əhmədovun vəkili vəsatətlə çıxış edərək, məhkəmə prosesinin qapalı keçirilməsini və jurnalistlərin zaldan çıxarılmasını istəyib. O, vəsatəti belə əsaslandırıb ki, prosesdə şəxsi həyat və intim məsələlər bağlı məsələlər açıqlanacaq. Vəsatət təmin edilib. Media nümayəndələri zaldan çıxarılıb.

Qeyd edək ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalova tanışı, 1982-ci il təvəllüdlü Elməddin Əhmədovla birgə istirahət etmək üçün yanvarın 13-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzinə gediblər. Onlar gecəni bir yerdə keçiriblər. Yanvarın 14-də E.Əhmədovla K. Zalova arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb. Həyata keçirilən tədbirlər nəticəsində E. Əhmədov tutularaq istintaqa təhvil verilib./bizimyolinfo/


Xəbəri paylaş

1 0488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___