Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan İrandan quş əti gətirilməsinə qadağa qoydu: "quş qripi" təhlükəsi
Tarix: 24-11-2016 | Saat: 11:40
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycan İrandan quş əti gətirilməsinə qadağa qoydu: "quş qripi" təhlükəsi


Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən (BEB) noyabrın 22-də İran İslam Respublikasının Tehran bölgəsində iki damazlıq quşçuluq təsərrüfatında ev quşları arasında yüksək patogenli "quş qripi" (H5N8) xəstəliyinin yayılması barədə məlumat daxil olub.

Kənd Təsərrüfatı Nazirliyindən ( KTN) verilən məlumata görə, bununla əlaqədar Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən yüksək patogenli "quş qripi" xəstəliyi qeydə alındığı üçün İran İslam Respublikasından diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması məqsədi ilə əmr imzalanıb.

Belə ki, İran İslam Respublikasında ev quşları arasında yayılmış yüksək patogenli "quş qripi" (H5N8) xəstəliyi ilə bağlı Azərbaycanın bu xəstəlikdən qorunması üçün zəruri baytarlıq-sanitarıya tədbirlərinin görülməsi barədə Dövlət Baytarlıq Nəzarət Xidmətinin müvafiq bölmələrinə tapşırıq verilib.

Əmrdə dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı məsələsinə İran İslam Respublikasının Dövlət Baytarlıq Xidmətinin yükün çıxarıldığı ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə baxılması qeyd olunub.

DBNX əhaliyə tövsiyə edir ki, quşları baytarlıq-sanitariya tələblərinə riayət etməklə qapalı şəraitdə saxlasınlar.


Xəbəri paylaş

7288 dəfə oxunub.

Digər xəbərlər
21-04-2016, 12:36 Lavrov Ermənistana gedir

bütün xəbərlər
____ Instagram ___