Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlikdən ətin qiyməti ilə bağlı açıqlama - "6-7 manata olur"
Tarix: 21-11-2016 | Saat: 18:07
Bölmə:Karusel / İqtisadiyyat / Bizim seçim | çapa göndər

Nazirlikdən ətin qiyməti ilə bağlı açıqlama - "6-7 manata olur"

Kənd Təsərrüfatı Nazirliyi bazarda yaranmış ət qıtlığına görə qiymətlərin qalxması probleminə münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev açıqlamasında qeyd edib ki, bazarda hər hansı formada ət qıtlığı probemindən söhbət gedə bilməz: “Bu kimlərsə tərəfindən ortaya atılmış bir ajiotajdır. Ətin qiymətində cüzi artım var. Əvvəllər 8 manata satılan mal əti indi 9 manat, 9 manata satılan qoyun əti isə 10 manat civarında satılır. Belə hallarla biz dəfələrlə rastlaşmışıq. Mövsümün müəyyən dövründə məhsulların qiymətində artım, müəyyən zamanlarda isə azalma baş verir. Eyni zamanda ətə təlabat çoxaldığından qiymətlərdə artım müşahidə olunur.

Statistik rəqəmlərə nəzər salsaq, son 6 ayda ət istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artıb. Heyvanların baş sayında isə 9 ayın göstəricilərinə əsasən 0,6 faiz artım var.

Ümumiyyətlə, heyvanların baş sayının deyil, istehsalın artırılması məqsədilə də bir sıra işlər həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə aqrolizinq vasitəsilə cins mal-qaralar ölkəyə gətirilərək fermerlərə 50 faiz güzəştlə verilir. Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində Qafqazda ən böyük olan Süni Mayalanma Mərkəzi Azərbaycanda tikilir. Yaxın günlərdə artıq mərkəz tam istifadəyə veriləcək.

Eyni zamanda intensiv ferma modeli yaradılır. Bu modelin genişləndirilməsi nəticəsində bu ilin 9 ayının nəticəsinə görə aqrolizinq xətti 3255 baş iribuynuzlu damazlıq heyvanlar ölkəyə gətirilərək fermerlərə güzəştli şərtlərlə satılıb. İlin axırına qədər də yeni xırdabuynuzlu 1600-yə yaxın cins mal-qaranın ölkəyə gətirilməsi nəzərdə tutulur. Son nəticədə isə bütün bunlar əhalinin heyvan mənşəli məhsullara təlabatının daxili istehsal hesabına artmasına və eyni zamanda ixrac potensialının artmasına gətirib çıxaracaq. Bu il biz ölkədən heyvan mənşəli məhsullar da ixrac etmişik”.

M. Hacıyev əlavə edib ki, hər həftəsonları nazirlik tərəfindən yarmarkalar keçirilir: “Yarmarkalarda iri və xırdabuynuzlu mal- qaranın əti stabil olaraq qalır. Belə ki, yarmarkada mal ətinin qiyməti 5.50-6 manat, qoyun ətinin qiyməti isə 6-7 manat arasında dəyişir”.


Xəbəri paylaş

1 1068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___