Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Aygün Kazımova: "Namiqi dəvət etməyin, səmimi deyil, söhbətiniz alınmayacaq"
Tarix: 20-11-2016 | Saat: 13:52
Bölmə:K, Şou-Biznes, Fotogalereya, Müsahibə | çapa göndər

Aygün Kazımova: "Namiqi dəvət etməyin, səmimi deyil, söhbətiniz alınmayacaq"
Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlunun adının birgə hallanması şou-biznesdə müzakirə olunan mövzulara başçılıq edir. Hər iki məşhurum birlikdə olduqları 8 il ərzində alınan bağ evinin Namiqdə qalması bəzi mətləblərin üstünü açır. Şərikli bağ evi və meyxanaçının xalq artistinə söz verib almadığı royal məsələsinin necə bitəcəyi çoxlarına maraqlıdır.

"Xəbəraz.az " bildirir ki, "Xəzər Maqazin" verilişinə özəl müsahibə verən pop-diva deyib:

"Namiq mənə çox haqsızlıqlar edib. Özünüz bilirsiniz ki, mal-mülkə həris insan olmamışam. O gün eşitdim ki, Namiq deyib: "Aygünə royal bağışlayacam". O mənə royal verməyəcək, royalımı qaytaracaq. Royalı, üstəlik sintezatorumu da qaytarsın. O bağın yanında bir evim və içi dolu əşyalarım da var".

Xalq artisti Namiqin "Aygün hər şeyi şoulaşdırır" açıqlamasına da özünəməxsus cavab verib:

"Namiq, bəlkə, mənim fikirlərimə don da geyindirmək istəyirsən? Bəlkə də ağlından nələr-nələr keçir. Namiq və səmimiyyət antonim, biri-birinə əks olan fikirlərdir. Az deyil, onunla 8 il ömür sürmüşəm. Yəqin ki, bunu da danmaz. Ümumiyyətlə, Namiqdən səmimiyyət gözləməyin.Əgər etiraf, açıq söz mövzulu verilişlər olsa, oraya Namiqi dəvət etməyin. Çünki səmimi deyil, söhbətiniz alınmayacaq".

Aygün xanım əvvəlcə bu mövzunu aralarında həll etmək istədiyini bildirib: "Ona yazırdım ki, hallalıq olsun. Axı biz bunları bərabər, alın tərimizlə qazanmışıq. Bunların hamısını götürmək düzgün deyil. Onun etdiklərinə bundan artıq şərh vermək istəmirəm".



2908 dəfə oxunub.

Digər xəbərlər
23-09-2015, 12:38 Məmməd Aslan vəfat etdi

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
22-02-2017
bütün xəbərlər
«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
____ Instagram ___