Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Dollar kreditləri ilə bağlı təkliflər göndərmişik, iş gedir" - Millət vəkili
Tarix: 18-11-2016 | Saat: 20:37
Bölmə:Karusel / İqtisadiyyat / Bizim seçim | çapa göndər

"Dollar kreditləri ilə bağlı təkliflər göndərmişik, iş gedir" - Millət vəkili


Bankların konsolidasiyası davam etməlidir və düşünürəm ki, Azərbaycanda 32 bankın olması artıqdır.
"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında deputat Vahid Əhmədov deyib.

V.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanda 15-20 bankın olması kifayətdir: "Bankların sağlamlaşdırılmasının əsas yolu onların birləşdirilməsindən keçir".
Deputat gələn il kommunal xidmətlərə görə tariflərin qaldırımasının planlaşdırılmadığını deyib: "Hansısa kommunal xidmətlərin qiymətinin qaldırılmasını büdcədə müəyyən etməmişik. Amma bütün bunlar neftin qiymətindən və gedən iqtisadi prosdeslərdən asılı olacaq. Həmçinin, sosial müavinətlərin artırılması da bütün bu proseslərə bağlıdır".

V.Əhmədov onu da qeyd edib ki, təxminən 4 ay bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasına Azərbaycan banklarının sağlamlaşdırılması, dollar kreditlərinin ödənilməsi ilə bağlı təkliflər paketi göndərib. Amma bu günə qədər Palata təkliflərə cavab verməyib: "Məndə olan məlumata görə, hazırda bu təkliflər üzərində iş gedir. Son iki ayda banklarla bağlı 300-ə qədər müraciət daxil olub. Həmin müraciətlər dollarla verilən kreditlərdə güzəşt etməyən banklarla bağlıdır. Amma bir çox banklar müştərilərin kreditlərini manata çevirir".




Xəbəri paylaş

6858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___