Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

"Təklif etsələr də, filmə çəkilmərəm"
Tarix: 18-11-2016 | Saat: 17:55
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya / Müsahibə | çapa göndər

"Təklif etsələr də, filmə çəkilmərəm"
"Xəbəraz.az " xəbər verir ki, azvision.az Azərbaycanın teatr və kino aktrisası, xalq artisti Zərnigar Ağakişiyeva ilə həmsöhbət olub. Teatrdan, sənətdən uzaq düşən 71 yaşlı aktrisa evində tək yaşadığını, günün böyük hissəsini isitirahətə ayırdığını deyib.

- Zərnigar xanım necəsiniz?

- Günortadır, ancaq yuxudan təzə durmuşam. Axşamları gec yatıram. Kefim əladır, özümü çox yaxşı hiss edirəm.

- Gününüzü necə keçirirsiniz?

- Yaz, yay, payız fəsillərində çöldə oluram. Qışda isə evdə oturmağa üstünlük verirəm. Soyuğa dözümüm yoxdur. Hərdən qonşulara əsəbiləşirəm. Həmin vaxt həyətə düşüb, gəzirəm.

- Dünyada, ölkədə baş verənləri izləyirsinizmi?

- Bizdə baş verənlərdən xəbər tutmaq üçün telekanallarımıza baxıram. Harada maraqlı məlumat tapdımsa, oturub ona baxıram. Eyni zamanda Rusiya kanallarını da izləyirəm. Bundan əlavə alimlərin çıxışlarını izləyirəm. Elmi təbliğ edən adamlara qulaq asmaq mənə maraqlı gəlir.

Həmçinin intellektual verlişlərə baxıram. Efirlərinə çox maraqlı insanlar çıxır. Fərqi yoxdur, sənət, siyasət, iqtisadiyyat xəbərləri olsun, çalışıram hamısını izləyim.

- Kitab oxuyursunuzmu?

- Yox, kitab oxumuram. Başımı aşağı salanda özümü pis hiss edirəm. Şəkərim var. Bu xəstəlik məni incidir.

- Maddi durumunuz necədir?

- Dövlət mənə yaxşı təqaüd verir. Yaşayıram, şəraitim yaxşıdır. Maddi çətinliyim yoxdur.

- Bəs, filmlərə dəvət alırsınızmı?

- İndi filmlərə çəkiləcək halda deyiləm. Həm yaşım, həm də fizki qüvvəm buna imkan vermir. Çəkilişlər əsəb, stress hesabına başa gəlir. Belə şeylərə dözə bilmərəm. Buna görə də kinoya çəkilmək istəmirəm. Təklif etsələr də, qəbul etmərəm.

- Ən çox şəhərimizin hansı hissəsində gəzirsiniz?

- Gəncliyim "Tarqovu" da keçib. Orada daha çox oluram. Evimin ətrafında gəzirəm.

- Sənət yoldaşlarınızla əlaqəniz varmı?

- Hərdən danışırıq. Onlar məşğul və yorqun olurlar. Ev, uşaq qayğıları olur. Düşüncələr tamam başqadır. İmkan olanda zəngləşdiyim adamlar var. Onlarla əlaqə saxlayıram.

- Teatra heç getmirsiniz?

- Yox. Mən evi xoşlayıram. Şəkərim var. İnsanlar çox olan yerlərə gedə bilmirəm. Bu, mənə pis təsir edir.



2138 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
____ Instagram ___