Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan futbolunda BİABIRÇILIQ: "Bıçaq götürdü" - VİDEO
Tarix: 18-11-2016 | Saat: 17:44
Bölmə:Karusel / Hadisə / İdman / M2 / Xəbəraz TV | çapa göndər

Azərbaycan futbolunda BİABIRÇILIQ: "Bıçaq götürdü" - VİDEO
Azərbaycan birinci divizionunun 12-ci turu çərçivəsində keçirilən "Bakılı" - "Energetik" oyununda ara qarışıb.

"Xəbəraz.az "futbolinfo.az-a istinadən xəbər verir ki, sahiblərinin 7 nömrəli futbolçusu Vurğun Həsənzadə sonuncu dəfə 7-ci turda meydana çıxmış mingəçevirli Vahid Rostami ilə mübahisə edib.

Tərəflərin söz savaşı daha sonra bir-birlərini itələmək, ardınca isə "Bakılı"nın futbolçusunun rəqibinin başına yüngül şillə vurması ilə davam edib. Bunu görən qonaqların futbolçuları komanda yoldaşlarının müdafiəsinə qalxıblar. "Bakılı"ların da məsələyə qarışması ilə kütləvi dava başlayıb.

Hakimlər briqadası, habelə hər iki tərəfin məşqçilər heyəti məsələyə müdaxilə etdikdən sonra aranı sakitləşdirmək mümkün olub.

Lakin matç başa çatdıqdan sonra "Energetik"in vitse-kapitanı Ruslan Həmidov meydan sahiblərinin paltardəyişmə otağına hücum çəkib. Deyilənə görə, onu buna vadar edən paytaxt komandasının oyunçularından birinin ağır söyüş işlətməsi olub. Həmin an "Bakılı"nın əməkdaşı Elşən Acalov polislərə müraciət edərək, "bıçaq götürdü" deyib. O, daha ağır münaqişənin qarşısını almağı xahiş edib. Polis əməkdaşlarının hücum çəkənin əlində bıçaq görüb-görmədiklərini dəqiqləşdirilməsə də, bıçaq işə düşməyib.

Hadisəni videolentə almaq istəyən "Futbol+" qəzetinin əməkdaşı Şəfi Şəfiyevə isə maddi və mənəvi ziyan dəyib. Mingəçevir klubunun futbolçularından biri Şəfiyevi itələyərək, telefonunu əlindən alıb, yerə çırpıb. Bundan sonra adını dəqiqləşdirə bilmədiyimiz, lakin şəklini çəkdiyimiz oyunçunu paltardəyişmə otağına salmaq mümkün olub.



Xəbəri paylaş

8028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___