Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı metrosunda həyəcanlı anlar: qatar tuneldə qaldı, sərnişinlər düşürdüldü
Tarix: 18-11-2016 | Saat: 16:54
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakı metrosunda həyəcanlı anlar: qatar tuneldə qaldı, sərnişinlər düşürdüldü


Bakı Metropolitenində növbəti dəfə ajiotaj yaranıb. Belə ki, Metropolitenin yaşıl xətti boyunca, "Həzi Aslanov" metro stansiyasından "Dərnəgül" stansiyasına doğru hərəkət edən qatarda ciddi nasazlıq yaranıb.
"Xəbəraz.az " xalqxeber.az-a istinadən bildirir ki, qatar "Nəriman Nərimanov" stansiyasına çatmamış tuneldə dayanıb və sərnişinlərdən qatarın "Dərnəgül" stansiyasına getməsinə baxmayaraq "Nəriman Nərimanov" stansiyasında vaqonları tərk etmələri istənilib.

Tuneldə 15 dəqiqəyə yaxın qalan qatar "Nəriman Nərimanov" stansiyasında təcili şəkildə boşaldılıb və təmir üçün növbədənkənar "Bakmil" stansiyasına göndərilib. Qeyd edək ki, dərhal vaqonlardan düşürdülən sərnişinlər "Nəriman Nərimanov" stansiyasında təlaşlanıblar və yaranmış sərnişin sıxlığı bir neçə nəfərin halının pisləşməsinə səbəb olub.

Xatırladaq ki, 2 gün öncə də Bakı metrosunda analoji hal müşahidə edilmişdi.


Xəbəri paylaş

7618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___