Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ustad şairin Türkiyədə yubileyi keçiriləcək- FOTOLAR
Tarix: 18-11-2016 | Saat: 13:48
Bölmə:Karusel / Gündəm / Foto-fakt / Reportaj | çapa göndər

Ustad şairin Türkiyədə yubileyi keçiriləcək- FOTOLAR



Millət vəkili Q.Paşayevanın Türkiyədə ustad Şəhriyarın 110 illik yubileyinin keçirilməsi təklifi dəstəklənib.

Millət vəkili Q.Paşayeva qardaş Türkiyədə keçirilən 2-ci Yaren Şairler Şöleninin qapanış mərasimində çıxış edərək Türk kökənli bütün insanları Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunun vacibliyindən geniş danışıb. Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, Türk və müsəlman dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış şair, yazar, aydınların, ictimai fəalların qatıldığı tədbirdə millət vəkili Qənirə Paşayeva Türk dünyası aydınlarına, şair, yazar və KİV-lərinə səslənərək topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Azərbaycanın tarixi, keçdiyi yol, ədəbiyyatı barədə çıxış edən millət vəkili Q.Paşayeva mədəniyyət sahəsində əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə diqqət çəkib və Dənizli bələdiyyə başqanı, valisinə və Yaren Şairler Şöleni təşkilat komitəsinə müraciətlə 3-cü Yaren Şairler Şöleninin ustad Şərhiyarın xatirəsinə həsr olunmasını təklif edib. Türk dünyasının böyük oğlu Şəhriyarın 110 illik yubileyi olduğunu vurğulayan millət vəkili Q. Paşayeva bu addımın önəmindən danışıb və ustad Şəhriyarın yaradıcılığı ilə bağlı məlumatlar verib. O təklif edib ki, o zamana qədər ustad Şəhriyarın 110 illiyi ilə bağlı bir tədbirin keçirilməsi də çox müsbət addım olardı. Millət vəkili Q.Paşayevanın təklifləri Dənizli bələdiyyə başqanı tərəfindən dəstəklənib.

Millət vəkili Q.Paşayeva Azərbaycanın və türk dünyasının böyük yazarları, şairləri, aydınları ilə bağlı tədbirlərin qardaş ölkədə artmasınıın vacibliyii barədə də fikirlərini səsləndirib və təkliflərlə çıxış edib. Bu addımların önəmindən danışan millət vəkili Q.Paşayeva çıxışının sonunda Türkiyəyə həsr etdiyi şeirini səsləndirib.

Tədbir çərçivəsində millət vəkili Q. Paşayeva Türk Dünyasının müxtəlif bölgələrindən gəlmiş yazar, şair, araşdırmaçılarla görüşüb, müzakirələr aparıb, KİV-lərə Azərbaycan-Türkiyə münasibətləri, Türk dünyası və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müsahibələr verib.
Ustad şairin Türkiyədə yubileyi keçiriləcək- FOTOLAR
Ustad şairin Türkiyədə yubileyi keçiriləcək- FOTOLAR


Xəbəri paylaş

6428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___