Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
12 yaşlı Fərəhin ölümü ilə bağlı - Məktəbdən açıqlama
Tarix: 17-11-2016 | Saat: 13:42
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

12 yaşlı Fərəhin ölümü ilə bağlı - Məktəbdən açıqlama
Səbail rayon 6 nömrəli orta məktəbindən 12 yaşlı Fərəh Yaqubovanın ölümünə münasibət bildirilib.

"Xəbəraz.az " xəbər verir ki, direktor köməkçisi Rəna Mirzəyeva AzNews.az –a açıqlamasında onu yaxşı oxuyan şagird kimi tanıdığını və imtahanlardan yaxşı qiymətlər aldığını deyib:

“İnzibati imtahandan 5, 4, 3 qiymətlər alıb. 2 almayıb ki, depressiyaya düşsün. Yəni, bu səbəb ola bilməz. Yaxşı və fəal şagird olub. Fərəh intihar etməyib axı. Gərək ona evdə nəzarət eləyərdilər. Nənəsinin dərmanını içib və özü də yüksək miqdarda”.

R.Mirzəyeva mərhumun hadisədən əvvəl xəstələndiyini və 3 gün dərsə gəlmədiyini də vurğulayıb:

“Fərəh atasız uşaq idi. Biz ailə məsələlərinə qarışmırıq. Bəlkə, onun evinin içində problemlər vardı?! Sadəcə olaraq, biz bunlardan xəbərsizik. Məktəb yoldaşları ilə də mehriban olub, hamı onun xətrini çox istəyirdi, indi bütün məktəb şokdadır”.

Qeyd edək ki, F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. O, evin tək övladı idi.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Fərəh məşhur aparıcı-bəstəkar Murad Arifin bibisi nəvəsidir.


Xəbəri paylaş

1 0568 dəfə oxunub.

Digər xəbərlər
16-09-2017, 13:41 Nazir oğlu dəfn olundu

bütün xəbərlər
____ Instagram ___