Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda yeni universitetin açılacağı TARİX AÇIQLANDI
Tarix: 14-11-2016 | Saat: 11:35
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

Bakıda yeni universitetin açılacağı TARİX AÇIQLANDI


Bakı Mühəndislik Universiteti 2017/2018-ci tədris ilində fəaliyyətə başlayacaq.
"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, bunu bu gün jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov deyib.

Qeyd edək ki, noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsi mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirən, müasir tələblərə uyğun yeni ali təhsil müəssisəsinin təsis edilməsi zərurətini meydana çıxarıb. Azərbaycanda mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti yaradılsın.


Xəbəri paylaş

7158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___