Xəzərdə iki iri liman tikiləcək
Tarix: 12-11-2016 | Saat: 17:42
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Xəzər nəqliyyat-logistika kompleksinin yaradılması Layihəsinin həyata keçirilməsi Mahaçqala (Dağıstan, Rusiya) dəniz ticarət limanının dövriyyəsini 5-6 dəfə artırmağa imkan verəcək.
"Xəbəraz.az "-ın xəbərinə görə, bu barədə Dağıstanın rəhbəri Ramazan Abdulatipov yerli mətbuata danışıb.
"Bu gün Mahaçqala dəniz limanının dövriyyəsi 1,5-2 mln. ton təşkil edir. Ticarət dövriyyəsini illik 10-12 mln. tona qədər artırmaq imkanına malikik. Ona görə, bu limanın yenidən qurulması, habelə yeni dəniz limanının tikintisini qarşıya vəzifə kimi qoymuşuq", - deyə Dağıstanın rəhbəri bildirib.
Onun sözlərinə görə, 127 mlrd. rubl dəyərində olan bu layihə (Xəzər Nəqliyyat-Logistika və Dəniz Sənaye Kompleksi) ölkə başçısı Vladimir Putinə təqdim edilib: "Bura gəmiqayırma zavodu, gəmi təmiri zavodu, biodəniz texnologiyaları zavodunun inşası, Xəzərdə kadr mərkəzinin yaradılması və hərbçilərin artıq bu istiqamətdə çalışdıqları yeni hərbi-dəniz bazası daxildir".
R.Abdulatipov, həmçinin əlavə edib ki, ilkin hesablamalara görə, Xəzərdə təkcə kilkə ovu sayəsində respublika ildə 2,5 mlrd. rubl həcmində əlavə gəlir əldə edə bilər.
Xəbəri paylaş
6848 dəfə oxunub.
Digər xəbərlər

26-02-2016, 17:39
Görüşdüyü qızı şantaj edərək 10 min manatını aldı - Bakıda
12-06-2022, 10:41
Azərbaycanda dəhşətli qəza: Yaralılar var - FOTO
14-03-2023, 10:49
Hər səhər ac qarına sarımsaq yeməyin BU FAYDALARINI BİLİRDİNİZ?
30-05-2017, 13:25
İntihar edən qadın Fərhad Qəribovun qardaşı qızı olub
5-11-2016, 21:19
MİRA OD PÜSKÜRDÜ: “ÖZÜNÜ TANIMAZLAR...” – FOTO
26-01-2017, 14:08
Azərbaycanda məktəbdə BƏDBƏXT HADİSƏ - Şagirdin göz bəbəyi dağıldı
14-07-2016, 11:49
İradə İbrahimova ailəsi ilə istirahətdə - fotolar
14-01-2019, 17:48
Xalqın səsi ilə deputat seçilmişəm, iqtidara deyim ki, məni nahaq təsdiq etmisiz?-Tahir Kərimli
8-01-2016, 16:50
Əli Kərimlinin əmisi oğlu nazir oğlunun başını kəsəcəyini bəyan etdi