QİÇS-in qanda olub-olmadığını artıq fləş kartla yoxlamaq olacaq
Tarix: 11-11-2016 | Saat: 16:13
Bölmə:Karusel / Texnologiya | çapa göndər
Alimlər qanda QİÇS virusunu dəqiq təyin edə biləcək fləş kart yaradıblar.
"Xəbəraz.az " technote.az-a istinadən bildirir ki, bu fləş kartdan hətta ev şəraitində belə istifadə edərək qanda QİÇS virusunun olub-olmadığını öyrənmək olacaq. Cihaz Londonun İmperiya kollecinin alimləri və "DNA Electronics" şirkəti tərəfindən yaradılıb. QİÇS ilə bağlı nəticələri öyrənmək üçün yalnız kiçik qan damcısı lazımdır. Qan damcısını fləş karta yerləşdirəndən sonra fləş kart-ın qoşulu olduğu kompüter və ya hansısa digər cihaza elektrik siqnal ötürülür.
Nəticələr onu göstərib ki, fləş kart analiz cavabını 30 dəqiqədən sonra və çox dəqiqliklə təqdim edir. Qanda QİÇS ilə bağlı müasir analizlər 3 gün ərzində və yalnız laboratoriya şəraitində keçirilir. Son təcrübədə cihaz 991 növ qanı incələyərək 95% dəqiqliklə nəticələr təqdim etmişdir.
Cihazın hər bir qan növünə ayırdığı analiz vaxtı isə 21 dəqiqə olmuşdur. Qan damcısı USB ötürücüsünə daxil olan zaman cihaz, QİÇS-i qanda turşu səviyyəsinin dəyişkənliyi üzərindən təyin edir. Fləş kartda olan mobil telefon çipi bu məlumatı elektrosiqnala çevirir və kompüterə ötürür. İndi isə alimlər bu cihazı digər virus növlərinin aşkar edilməsi üçün təkmilləşdirirlər.
Xəbəri paylaş
7058 dəfə oxunub.
Digər xəbərlər

18-01-2023, 15:09
Lənkərandan sanki tanklar keçib...Yerli rəhbərlik və AAYDA yolları Suriyaya döndərib
11-07-2015, 03:37
Günün ramazan təqvimi (11 iyul)
17-06-2016, 16:56
Erməni əsgərin meyiti tapıldı
23-05-2016, 10:42
Ətdən imtina etsək, nə olar? - PEŞƏKAR RƏYİ
29-04-2016, 00:11
“Onlara inad olsun deyə ana olacağam...” - Atagül
5-04-2017, 11:18
Gəncənin deputatından ölkəni şoka salan hadisəyə münasibət
22-12-2015, 22:02
Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
27-02-2016, 16:01
Avtomobil dəmir səddə çırpıldı: altı yaralı - YENİLƏNİB
28-10-2020, 12:03
Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olundu - FOTO