Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

“Möhtəşəm oyun olacaq” – Robert Prosineçki
Tarix: 08-11-2016 | Saat: 16:26
Bölmə:K, İdman, Müsahibə | çapa göndər

“Möhtəşəm oyun olacaq” – Robert Prosineçki


Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin apasport.az saytına müsahibəsi

- Futbolçuları klublarında müntəzəm izləmisiniz. Dünəndən etibarən isə Şimali İrlandiya seçmə mərhələ görüşünün hazırlığına başlamısınız. Komandanın durumu nə yerdədi?



- Bəli, çempionat oyunlarını müntəzəm izləyirik. Topaz Premyer Liqasında mübarizə aparan klublarla müqayisədə “Qəbələ” və “Qarabağ”ın futbolçuları qısa zamanda daha çox oyun keçiriblər. Bu üzdən yorğunluq hiss olunur. Dünən və bu gün yüngül məşq keçdik ki, uşaqlarda çox yüklənmə olmasın. Artıq Belfasta yola düşürük. Sabah və noyabrın 10-da da məşqlərimiz var. Komandanın dincəlməsi üçün kifayət qədər vaxt var. Oyun gününə qədər oyunçular tam hazır vəziyyətə gələcəklər.

- Rəqibi yəqin ki, təhlil etmisiniz. Şimali İrlandiya barədə nə deyə bilərsiniz?
- Sözsüz ki, mənim işim hər rəqibi təhlil etməkdən ibarətdi. Şimali İrlandiya yığmasını analiz etmişik və bilirik ki, onlar son Avropa çempionatında iştirak ediblər. Üstəlik, qrupdan çıxmış və növbəti mərhələyə vəsiqə qazanmışdılar. Heyətin 90 faizi İngiltərə Premyer Liqasında oynayır. Həmin klubları bir-bir saymaq istəmirəm. Amma oynadıqları komandalar çox güclüdülər. Bilirəm ki, Belfastdakı stadionda milli oynayanda həmişə möhtəşəm atmosfer olur. Rəqib azarkeşlərin bizə təzyiqi olacaq. Amma mən həmişə optimist olmuşam. Komandama inanıram, futbolçularımın hansı keyfiyyətdə olduqlarını bilirəm. Möhtəşəm oyun olacaq. Bayaq dediyim kimi, azarkeşlər Şimali İrlandiya yığmasına yaxşı dəstək olacaqlar. Lakin biz bundan qorxmuruq. Matça qədər hələ vaxtımız var, lazımi hazırlıqlarımızı keçib, meydana çıxacağıq. Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik.

- Digər rəqiblərlə müqayisədə Şimali İrlandiya millisinin hansı üstün cəhəti sizi daha çox narahat edir?
- Azərbaycan yığması bundan əvvəl daha güclü komandalara qarşı oynayıb. Çexiya və Norveç millilərində fərdi ustalığı daha yüksək olan futbolçular var. Şimali İrlandiyanın üstünlüyü isə ondan ibarətdi ki, futbolçuları uzun müddətdi bir yerdə çıxış edirlər. Onlarda yeni 1-2 futbolçu var, heyətlərinin 99 faizi uzun müddətdi birlikdə oynayır. Əsasən standart vəziyyətlər zamanı qol epizodları yaradırlar, “ikinci mərtəbə”də çox güclüdülər. Amma yenə də deyirəm, bizim komandada hazırda ab-hava çox gözəldi. Axırıncı nəticələrdən sonra kollektivdə yaxşı atmosfer var. Mən futbolçularıma inanıram. Bəli, bizim üçün çətin oyun olacaq. Belfastda möhtəşəm atmosferlə üzləşəcəyik. Rəqibin futbolçuları bir-birlərini çox gözəl başa düşürlər. Ancaq biz də əlimizdən gələni edəcəyik ki, onları asan oyun gözləməsin. Heyətlə bağlı bir ciddi itkimiz var. Rəşad Sadıqov bugünkü məşqdə zədələnib, oynaya bilməyəcək. Bundan başqa, Dəniz Yılmaz komandaya bir az gec qoşulacaq. Ailə üzvləri xəstə olduğundan, vaxtında gələ bilmədi. Dəniz komandaya sabah Belfastda qoşulacaq. Rəşadın oynamamağı bizim üçün böyük itkidi. Çətin səfər görüşü olmasına baxmayaraq, əlimizdən gələni edəcəyik. Oyunçularım əvvəlki matçlarda da sübut ediblər ki, belə rəqiblərə qarşı da oynaya bilirlər. Bu səbəbdən də Belfastdan yaxşı nəticə ilə qayıdacağımıza inanıram.



1368 dəfə oxunub.

Digər xəbərlər
26-07-2015, 10:35 Smartfonlara virus düşüb

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
22-02-2017
bütün xəbərlər
«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
____ Instagram ___