Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şabranda maşın qadını tikə-tikə etdi: qaçan sürücünün kimliyi bilindi
Tarix: 06-11-2016 | Saat: 20:29
Bölmə:Karusel / Hadisə | çapa göndər

Şabranda maşın qadını tikə-tikə etdi: qaçan sürücünün kimliyi bilindi



Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, körpünün üzərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, qəza zamanı ölən şəxsin 1979-cu il təvəllüdlü Sultanov Nazim Nizam oğlu olduğu müəyyənləşib.

Şabran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisədən sonra qəza yerindən qaçan sürücünü də tapmaq mümkün olub. Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Qasımov Fərid Aslan oğlu hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Onun hadisəni "DAF" markalı 90 OK 524 dövlət nömrə nişanlı avtomaşınla törətdiyi aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edk ki, bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verən digər qəzada yük maşını Siyəzən rayon sakini orta yaşlı kişini vuraraq öldürüb.

17:54

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsindəki körpüdə qadın meyiti aşkar edilib.

"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsi və Şabran Polis Şöbəsinin əməkdaşları gəliblər.

İlkin araşdırma zamanı məlum olub ki, şəxsiyyəti hələlik bilinməyən qadının üzərindən maşın keçib. Nəticədə onun bədən və baş nahiyələri bir neçə yerə bölünüb. Ölən şəxsin üzərindən heç bir sənəd çıxmayıb.

Şabran polisi ölən şəxsin kimliyini və kim tərəfindən vurulduğunu araşdırır.




Xəbəri paylaş

9808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___