Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
3 həftəyə həyatınızı dəyişəcək toxum
Tarix: 05-11-2016 | Saat: 20:10
Bölmə:Karusel / Maraqlı | çapa göndər

3 həftəyə həyatınızı dəyişəcək toxum

70 il ərzində insanın bağırsaqlarından təqribən 100 ton qida, 40 min litr maye keçir. Həmçinin qarında, bağırsaqlarda bunlardan 15 kiloqram tullantı qalır. Bu da orqanizmdə tez-tez qəbizlik, maddələr mübadiləsinin pozulması, görmə və eşitmə xəstəliyi, şəkərli diabet, qaraciyər, böyrək xəstəlikləri, allergiya, saç dərisində, dırnaqlarda, bir sözlə, artritdən xərçəng xəstəliyinə kimi yaradır.

"Xəbəraz.az " atv.az-a istinadən bildirir ki, yoğun bağırsağın (40-50 sm) təmizlənməsi imalələrin köməyi ilə baş verə bilər. Bunu limon, çobanyastığı dəmləmələri ilə eləmək olar. Həmçinin kətan toxumu ilə də bağırsaqları təmizləmək olar. Təxminən 1-3 desert qaşığı kətan toxumu (üyüdülmüş) 3 həftə ərzində daxilə qəbul etməklə qalın və nazik bağırsaqlardan nəcis daşlarının, çoxillik seliyin və parazitlərin atılmasına səbəb olar. Bu zaman bağırsağın mikroflorası tam qorunur.

DİQQƏT! Bu metod piyləri parçalayır, çəkini azaldıb normallaşmağa kömək edir. Kətan toxumunun unu qanda xolesterinin səviyyəsini aşağı salır, zəhərli maddələrin, bağırsaq göbələyinin, virusların, şlakların orqanizmdən çıxarılmasına kömək edir. Orqanizmə xeyri:

Yuxarı tənəffüs yollarının selikli qişaların iltihabi prosesinə;

Mədə-bağırsaq traktına, qastritlərə, kolitlərə;

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyinə;

Sidik kisəsi yolları xəstəliklərinə, pielit, sistit;

Lipid mübadiləsinin pozulmasına;

İstifadə qaydası:

1-ci həftə: 1 desert qaşığı kətan toxumu unu (üyüdülmüşü) + 100 q xama, yaxud kefir.

2-ci həftə: 2 desert qaşığı un + 100 q xama, ya kefir.

3-cü həftə: 3 desert qaşığı un + 150 q xama, ya kefir. Əgər kətan toxumu unu tapmasanız, kətanı qəhvəüyüdəndə üyüdə bilərsiniz. Bu qarışığı səhər yeməyi əvəzinə yemək olar. Xamanı qatıqla, kəsmiklə əvəzləmək olar. Bu müddətdə gün ərzində 2 litr su içilməlidir.


Xəbəri paylaş

1 0708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___