Min bir dərdin dərmanı - Heyva
Tarix: 05-11-2016 | Saat: 12:17
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Heyvanın tərkibində çox güclü antioksidant polifenol birləşmələr var. Bu birləşmələr sərbəst radikallarla mübarizə apararaq yaşlanmanı yavaşladır. Eyni zamanda ürək-damar xəstəliklərinə və iflicə qarşı da qoruyucu təsiri var.
"Xəbəraz.az " xəbər verir ki, heyvanın insan orqanizminə xeyrindən bəhs edən dietoloq Şəbnəm Kandıralı heyvanın qabıqlı yeyilməsinin vacibliyini vurğulayıb. Heyvanın bir çox faydasından bəhs edən dietoloq heyvanın balla qarışdırılaraq qəbul edilərsə kolit, diareya, bağırsaq infeksiyaları və qəbizliyə qarşı müalicədə faydalı olacağını qeyd edib.
Çində heyva qabığı xora xəstəliklərinin müalicəsində, isladılmış və pörtlədilmiş heyva toxumlarından hazırlanan jele göz problemlərini aradan qaldırmaq, selikli qişa iltihabı, hətta boğaz ağrısının müalicəsi məqsədi ilə istifadə edilir.
Bəzi araşdırmalara görə, heyvanın tərkibindəki güclü antioksidantlar bədxasiyyətli xərçəng hüceyrələrini yox eləməyə kömək edir, heyva suyu isə stresin müalicəsində effektiv təsir göstərir.
Heyva ürəkbulanma və qaytarmanı əngəlləyir. Yaponların araşdırmasına görə, heyva qabığındakı antivirus maddələr hepatit A, B və C-yə səbəb olan orqanizmlərin böyüməsini əngəlləyir.
Heyvadakı vitamin və minerallar qaraciyərin funksiyalarına xəbərdarlıq edir, pankreas (mədəaltı vəzi) çatışmazlığının müalicəsində yardımçı olur.
Bu meyvə soyuqdəymə, qrip və digər patogenlərə qarşı qoruyucu təsirə malikdir. Tərkibindəki C vitamini mis, dəmir, kalium və maqnezium olduğu üçün immunitet sistemini gücləndirir, iltihabı azaldır və bədəni virus hücumlarından qoruyur. Eyni zamanda anemiya, qaraciyər xəstəlikləri, göz xəstəliyi, astma və digər tənəffüs yolu xəstəlikləri ilə mübarizədə köməkçi xüsusiyyətə malikdir.
Heyva həmçinin xolesterolu azaltmağa, həzmə kömək edir, öd daşının inkişafını yavaşıdır. Çəki atmaqda da heyvanın köməyindən yararlanmaq olar. 100 qram təzə heyva 57 kaloridir. Heyva bədəndə maye yığılmasını aradan qaldırır.
Xəbəri paylaş
8868 dəfə oxunub.
Digər xəbərlər

27-06-2018, 16:25
Roza İlhamə arasında olan qalmaqal məhkəməlik oldu
23-04-2022, 10:45
Sərhəddə İNSİDENT: Biri hərbçiyə bıçaq çəkdi, digəri avtomobili üzərinə sürdü - FOTO
1-06-2017, 16:46
Aqil Acalov: ”Ölkədə müasir standartlara cavab verən məktəb və bağçalar istifadəyə verilib”
14-01-2017, 10:46
Facebook-dan İNANILMAZ YENİLİK
24-06-2023, 10:23
Yuxu maskaları göz infeksiyaları yaradır - Xəbərdarlıq
13-08-2016, 10:10
Belə qəza görülmədi - VİDEO
16-05-2018, 15:10
Orucluqda insan bədənində hansı proseslər baş verir? - Bilmədiyiniz 11 MÜDHİŞ MƏQAM