Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Maaşlarla bağlı şad xəbər
Tarix: 04-11-2016 | Saat: 18:12
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Maaşlarla bağlı şad xəbər

Gələn il ölkədə əmək haqlarının artımı gözlənilir.

"Xəbəraz.az " xəbər verir ki, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, 2017-ci il dövlət büdcəsinin layihəsi bu günlərdə müzakirə üçün Milli Məclisə təqdim ediləcək.

Komitə sədri qeyd edib ki, ilkin danışıqlara əsasən, büdcə proqnozları formalaşdırılarkən 1 barel neftin orta illik qiymətinin 40 dollar götürülməsi nəzərdə tutulur.

Z.Səmədzadə qeyd edib ki, gələn ilin büdcə layihəsində sosial proqramların sayının azaldılması nəzərdə tutulmur.

Komitə sədrinin fikrincə, Azərbaycan iqtisadiyyatında fəallıq artrırılmalı, ixrac potensialımız gücləndirməli, iş yerlərində ixtisarlar olmamalıdır: "Bu istiqamətdə görülən işlərin davamlılığını təmin etməliyik. Hələlik o qədər də zəruri olmayan investisiya layihələrini bir qədər ixtisara salmalıyıq. Bütövlükdə Azərbaycan iqtisadiyyatının canlanmasına nail olmalıyıq. Sosial mənzillərin tikintisinə başlanılacaq. Bu layihələrin həyata keçirilməsi şübhəsiz ki, ölkədə iqtisadi fəallığı artıracaq”.


Xəbəri paylaş

1 2698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___