Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Balıq tutmaq üçün nohura elektrik buraxan şəxsi cərəyan vurdu - Astarada+ FOTO
Tarix: 04-11-2016 | Saat: 15:10
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

 Balıq tutmaq üçün nohura elektrik buraxan şəxsi cərəyan vurdu - Astarada+ FOTO

Astara rayon sakinini elektrik cərəyanı vurub.

"Xəbəraz.az " report-a istinadən bildirir ki, hadisə rayonunun Şiyəkəran kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 49 yaşlı Rahim Baladadaş oğlu İmanov yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, həkimlərin ilkin müayinəsindən sonra ona bütün bədənin 2-3-cü dərəcəli elektrik yanığı diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib: "Vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilməsi üçün hazırlıq görülür".
Qohumları R.İmanovun ehtiyatsızlıq üzündən cərəyan vurduğunu bildirib: "Onların ailəsinə məxsus balıq nohuru var. Həmin nohurda elektrik enerjisi ilə balıq ovlayan zaman ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub".

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

 Balıq tutmaq üçün nohura elektrik buraxan şəxsi cərəyan vurdu - Astarada+ FOTO
 Balıq tutmaq üçün nohura elektrik buraxan şəxsi cərəyan vurdu - Astarada+ FOTO


Xəbəri paylaş

7488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___