Bazarda qanlı dava: Marneulidə azərbaycanlı qadın öldürülüb
Tarix: 03-11-2016 | Saat: 16:38
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində ölüm hadisəsi baş verib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə Marneulinin mərkəzi bazarında qeydə alınıb. Şahidlər bildirir ki, səhər saatlarında svan (gürcüdilli xalq) olduğu güman edilən gənclə bazarda çalışan 50 yaşlı azərbaycanlı, Marneuli şəhər sakini Məlahət Məmmədova arasında mübahisə baş verib. Mübahisə zamanı həmin gəncin M. Məmmədovaya qarşı güc tətbiq etdiyi, nəticədə yerə yıxılan qadının başından zərbə alaraq öldüyü deyilir.
Lakin Gürcüstan Daxili İşlər Nazirliyi hadisəni qətl kimi xarakterizə etməyib. Nazirlik M. Məmmədovanın halının qəflətən pisləşdiyini və onun dünyasını dəyişdiyini açıqlayıb. Faktla bağlı Gürcüstan CM-nin 116-cı maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi qaldırılıb.
Xəbəri paylaş
6898 dəfə oxunub.
Digər xəbərlər

9-08-2020, 19:30
Beyrutu viran qoyan "bomba" bu anbarda olub
4-07-2015, 11:30
"Survivor All Star"BAŞA ÇATDI
13-09-2016, 15:06
Azərbaycanın ən məşhur uşağı olan Banu atası ilə - FOTOLAR
8-12-2017, 12:52
Bacı-qardaşı öldürənə ömürlük cəza verildi
21-12-2022, 11:41
BU NƏDİ BELƏ: `Hacı Turqay`ın da HACILIĞI ŞÜBHƏ DOĞURUR... - İndi bu məhsulu yeməliyik?
4-08-2023, 16:40
Qulluqçu işlədiyi evin sahibi oldu - Film kimi olay - FOTO
11-07-2016, 14:30
Qobustanda dəhşətli qəza: Bir ailənin üzvləri həlak oldu