Azərbaycanda adi vətəndaşlara 800 manat mükafat veriləcək
Tarix: 03-11-2016 | Saat: 14:16
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycanda yaşıllıqların mühafizəsi sahəsində müxtəlif iqtisadi həvəsləndirmə tədbirləri tətbiq ediləcək.
Nazirlər Kabinetindən verilən məlumata görə, bu, yeni təsdiqlənən "Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları və Qaydası”nda öz əksini tapıb.
Yeni qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formalarını və onların tətbiqi mexanizmini müəyyən edir.
Qaydaya əsasən, yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları fəxri diplomlarla təltif edilmə, pul və ya xatirə hədiyyəsi ilə mükafatlandırılma, yaşıllıq salınması və bərpası məqsədi ilə su təminatını yaratma və əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin edilmə, yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizə tədbirlərinin yerinə yetirilməsi sahəsində layihələrin maliyyə mənbələrinin axtarılmasına dəstək verilmədir.
Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə yerli büdcələrin, ətraf mühitin mühafizəsi üzrə fondların, tikinti layihələrinin ekologiya bölmələrinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri və qrantları, beynəlxalq və yerli təşkilatların ayırmaları, qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər.
Yaşıllıqların mühafizə sahəsində iqtisadi həvəsləndirmə yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizə tədbirlərinin yerinə yetirilməsi sahəsinə maraq göstərən hüquqi şəxslərə, birbaşa bu işə cəlb olunmuş işçilərə və vətəndaşlara şamil olunur.
Yaşıllıqların bioloji inkişaf normalarının (faizlərinin) və mühafizəsinin qiymətləndirilməsi hər ilin sentyabr ayında həyata keçirilir. Mükafatlandırılma zamanı idarə, müəssisə və təşkilatlara - fəxri diplom və minimum əməkhaqqının 3-5 misli miqdarında birdəfəlik mükafat, birbaşa bu işə cəlb olunmuş işçilərə - aylıq vəzifə maaşının 1-2 misli miqdarında birdəfəlik mükafat, vətəndaşlara fəxri diplom və 400-800 manat məbləğində birdəfəlik mükafat veriləcək.
5 il müddətində ardıcıl olaraq həmin yaşıllıqlara aqrotexniki qulluq göstərilməsini, onların zədələnmədən və məhv olmaqdan, habelə xəstəlik və zərərvericilərdən mühafizəsini həyata keçirənlərə - fəxri diplom və 1500 manat məbləğində birdəfəlik mükafat veriləcək.
Xəbəri paylaş
1 8418 dəfə oxunub.
Digər xəbərlər

4-01-2016, 10:14
İşdən çıxmaq üçün 9 səbəb
12-07-2017, 14:25
Orucovun xuliqanlıq edən oğlunun - Fotoları
27-01-2019, 21:13
Hadisə arzusunu reallaşdırmaq üçün sərvət xərcləyəcək
26-08-2016, 21:23
Aygün Kazımova Adel, və Rihannanın çıxış etdiyi səhnədə
30-11-2016, 16:03
Çörək bahalaşacaq? - Rəsmi AÇIQLAMA
12-12-2017, 16:01
Gəlinini güllələyib polisə təslim oldu
13-02-2019, 15:21
58 yaşlı kişi itkin düşüb-Ağcabədidə
6-05-2017, 22:13
Bərdədə “yas pulu” üstündə dava: gənc oğlan döyüldü
8-03-2017, 13:25
“Borussiya” növbəti tur, “Barselona” möcüzə axtarışında
27-11-2018, 12:23
Lotu Qulinin adamı Bakıda tutuldu