Bu vasitələr hamiləlikdən qorumur - Qadınların diqqətinə
Tarix: 02-11-2016 | Saat: 20:43
Bölmə:Karusel / Qadınlar | çapa göndər
Arzuedilməz hamiləlikdən qorunmaq üçün qadınlar bəzən müxtəlif "dədə-baba" üsullarından istifadə edir.
Təəssüf ki, əksər hallarda bu üsullar hamiləlikdən qorumur.
"Xəbəraz.az "saglamolun.az-a istinadən bildirir ki, digər tərəfdən bu üsulların tətbiqi qadın sağlamlığına ciddi ziyan vura bilər. Bu "üsullar" arasında:
- Cinsi əlaqədən dərhal sonra uşaqlıq yolunun su ilə dərin yuyulması. Bu vasitənin istifadəsi tam effektsizdir. Məsələ burasındadır ki, spermatozidlərin bir qismi cinsi əlaqədən bir neçə saniyə sonra uşaqlıq boynuna çatır. Həmçinin uşaqlıq yolunun dərin yuyulması ziyanlı sayılır. Uşaqlıq yolu özü özünü təmizləmək qabiliyyətinə malikdir. Belə dərin yuyunma uşaqlıq yolunun normal mikroflorasını pozur ki, bu da uşaqlıq yolunun mikroblara və infeksiyalara qarşı davamlılığını azaldır. Nəticədə qadında cinsiyyət sistemi iltihabların və infeksiyaların riski artır.
- Cinsi əlaqədən sonra uşaqlıq yolunun limon, soda və ya sirkə əlavə olunmuş su ilə yuyulması. Bu üsul də həm lazım olan effekt vermir, həm də uşaqlıq yolunun mikroflorasını pozur.
- Marqans əlavə olunmuş su ilə yuyunma. Bu üsulun təbiqi uşaqlıq yolunun selikli qişasını yandıra bilər.
- Uşaqlıq yoluna aspirin həbin, limon diliminin, kiçik sabun tikəsinin yerləşdirilməsi. Üsul həm hamiləlikdən qorumur, həm də ciddi iltihabın yaranmasına səbəb ola bilər.
- Qaynar su ilə ayaq vannası. Bu vasitə də lazım olan effekt vermir və həmçinin sağlamlıq üçün çox ziyanlıdır - ayaq damarlarında ciddi pozulmaların inkişafına səbəb ola bilər.
- Müxtəlif otlardan istifadə. Bu da çox effektsiz və bəzən təhlükəli üsuldur. Bəzi ot dəmləmələrinin həddindən artıq qəbulu ciddi zəhərlənməyə və s. fəsadlara səbəb ola bilər.
Müasir dövrdə hamiləlik əleyhinə həblər və uşaqlıq daxili "spiral" arzuedilməz hamiləlikdən qorunmaq üçün ən effektli vasitələr sayılır.
Xəbəri paylaş
1 1798 dəfə oxunub.
Digər xəbərlər

12-01-2017, 13:23
Murad dəhşətin üstünü açdı: Küçədə meyitlə...
5-01-2016, 12:53
Astarada piyadanı öldürən sürücü tutuldu
7-11-2017, 09:36
Eldar Mahmudov bu həftə həbs olunacaq
16-05-2016, 14:34
Alimdən SOS: yediklərimiz faciəyə səbəb ola bilər
8-09-2015, 13:18
Daha 9 rayonda əmək yarmarkası keçiriləcək
20-03-2016, 11:16
İstanbuldakı partlayışın görüntüsü yayıldı - VİDEO
6-06-2017, 13:30
Bakıda üzərində PKK-nın bayrağı və “Kürdüstan” xəritəsi olan hərbi geyimlər satılır – FOTO
10-03-2017, 12:07
Qəzada ölən tələbənin bu ay toyu olacaqdı...