Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncədə iki avtomobil toqquşub: 3 ölü
Tarix: 01-11-2016 | Saat: 10:01
Bölmə:Karusel / Hadisə | çapa göndər

Gəncədə iki avtomobil toqquşub: 3 ölü

23:22

Gəncə-Şəmkir yolunda iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərdən daha birinin şəxsiyyəti məlum olub.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, bu, qəza zamanı "VAZ" avtomobilində olan, 1960-cı il təvəllüdlü Gədəbəy rayon sakini Rafiq Hüseynovdur.

Bu axşam Gəncənin qərb çıxacağında ağır yol nəqliyyat qəzası baş verib. "VAZ 2106" və "Volkswagen Passat"" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.

----------

22:17

Gəncə-Şəmkir yolundа iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
"Xəbəraz.az "APA-ya istinadən xəbər verir ki, xəsarət alanlardan biri, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov xəstəxanada keçinib.

Ölən digər iki nəfərin şəxsiyyəti müəyyənləşdirilir.

----------

22:10

"Xəbəraz.az "ARB Kəpəz-ə istinadən xəbər verir ki, Gəncə-Şəmkir yolunda "VAZ 2106" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində ağır yol nəqliyyat qəzası baş verib.

Nəticədə VAZ 2106-da olan iki nəfər dünyasını dəyişib. "Mercedes"-də olanlar isə 29 yaşlı Rəşad Namazov, onun həmyaşıdı Nicat Zeynalov, 31 yaşlı Vüsal Əhmədov, 27 yaşlı Pərviz Mahmudov və 24 yaşlı Ricat Qafarov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Vəziyyətləri orta ağırdır. Faktla bağlı araşdırma aparılır.

----------

21:40

Gəncənin qərb çıxacağında ağır yol nəqliyyat qəzası baş verib.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, "VAZ 2106" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır bədən xəsarətləri alıb.

Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbəri paylaş

6838 dəfə oxunub.

Digər xəbərlər
5-06-2016, 21:35 Ağdaşda zəlzələ oldu

bütün xəbərlər
____ Instagram ___