Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vobay: ""Neftçi" həqiqətən də bərbad vəziyyətdədir"
Tarix: 31-10-2016 | Saat: 21:51
Bölmə:Karusel / İdman | çapa göndər

Vobay: ""Neftçi" həqiqətən də bərbad vəziyyətdədir"

"Sloveniyada özümü yaxşı hiss edirəm. Mənim üçün hər şey yaxşıdır. "Olimpiya"da işlərim qaydasında gedir. Hiss edirəm ki, burada mənə yaxşı diqqət var. Sanki öz evimdəyəm". Goal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran" və "Neftçi"nin sabiq legioneri Julius Vobay deyib.

Azərbaycanda keçirdiyi illərdən danışan Vobay ilk öncə sabiq komandası "Xəzər Lənkəran"ın dağılması haqda danışıb: "Əlbəttə, çox üzücü durumdur. İnana bilmirəm ki, "Xəzər Lənkəran" dağılıb. "Xəzər Lənkəran" Azərbaycan üçün önəmli klub idi. Lənkəran camaatı futbolla nəfəs alıb, yaşayırdı. Bu, onlar üçün böyük itkidir".

Syerre-Leone millisinin üzvü sabiq komandası "Neftçi"nin hazırkı durumu haqda fikir bildirib: "Azərbaycan çempionatını indi də izləyirəm. "Neftçi" həqiqətən də bərbad vəziyyətdədir. Bizim vaxtımızda belə məğlubiyyətləır qəbuledilməz idi. "Neftçi"yə vaxt lazımdır ki, bu vəziyyətdən çıxsın. Məncə, onlar bunun üstündə çox çalışırlar. İnanıram ki, yaxşı olacaq".

32 yaşlı hücumameyilli yarımmüdafiəçi "Neftçi"nin "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətindən də söz açıb: "İzləyirəm və görürəm ki, "Neftçi" böyükhesablı məğlubiyyətlər alır. Bu, çox pis nəticədir. Bizim vaxtımızda belə hesab ola bilməzdi. Əgər belə hesablarla məğlub olsaydıq, nələrin baş verəcəyini təsəvvür belə etməzdim".

Vobay "Neftçi"yə kömək edə biləcəyini də deyib: "Əlbəttə, "Neftçi"yə kömək etmək mənim üçün çox xoş olardı. Ancaq hazırda "Olimpiya"dayam və klubda özümü çox yaxşı hiss edirəm".


Xəbəri paylaş

1 3138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___