Avtovağzalda yeni qayda - Ödəniş əvvəlcədən edilməlidir
Tarix: 31-10-2016 | Saat: 21:01
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bakı Beynəlxalq Avtovağzalında yeni qayda tətbiq olunub. Avtovağzalın şəhər marşurutları dayanan hissəsində ödənişlə bağlı yenilik edilib. Bura şəxsi avtomobili ilə daxil olmaq istəyən şəxslər ödənişi əvvəlcədən etməli olurlar.
"Xəbəraz.az " xəbər verir ki, yeni qaydanın tətbiqinin səbəbləri ilə bağlı Qaynarinfo.Az-a danışan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, məqsəd avtovağzalda sıxlığın qarşısını almaqdır: “Əvvəlcə vətəndaşlar girirdi və maşını istədiyi qədər orda saxlayırdı. Çıxanda isə cüzi bir məbləğ verib çıxırdı. Avtovağzalın o hissəsində marşrut avtobusları çox olduğuna görə, digər avtomobillərin boş-boş dayanması hərəkəti məhdudlaşdırırdı. Ona görə giriş ödənişlidir. Bu ödəniş qanuni şəkildə aparılır və vergisi ödənilir. Hər kəs istədiyi kimi orda maşın saxlaya bilməz”.
Şəfa Mehmanqızı vurğulayıb ki, Bakı Beynəlxalq Avtovağzalı özəl obyektdir və qayda-qanunları özü tətbiq edir: “Biz sadəcə rəsmi nəzarəti həyata keçiririk. Məqsəd sıxlığın qarşısını almaqdır. Çünki taksi sürücüləri o ərazini “işğal etmişdi”. İndi isə ödəniş qaydaları tətbiq olunub və ora girən pul ödəyəcəyini bilib müəyyən müddət sonra çıxmalıdır”.
Qurum rəsmisi vətəndaşlardan ödəniş alınıb, sonra avtovağzala buraxılmasının bir səbəbi olduğunu deyib: “Əvvəlcə vaxt tətbiq olunmurdu, indi tətbiq ediblər. Maşınla daxil olan 8 saatdan sonra çıxır və ya kimsə gəlib maşını park edib, gedir. Bunların qarşısını almaq üçün ödəniş əvvəldən alınır ki, girən şəxs müəyyən müddətdən sonra çıxmaq lazım olduğunu bilsin”.
Qeyd edək ki avtovağzal fəaliyyətə başlayandan sonra bura şəxsi avtomobillə giriş pulsuz idi. Sonradan keçid qoyuldu və giriş üçün ödəniş tətbiq edildi. Əraziyə şəxsi maşınla daxil olanlar çıxışda 1 manat ödəyirdi. Yeni qaydaya əsasən isə ödəniş əvvəlcədən edilməlidir. Ödəniş etməyən şəxslər içəri buraxılmır.
Xəbəri paylaş
8348 dəfə oxunub.
Digər xəbərlər

8-02-2018, 21:10
Azərbaycanda dünya çempionatının təşkili ilə bağlı ƏMR İMZALANDI
24-06-2017, 09:48
Çində torpaq sürüşməsi - 100 nəfər dağıntılar altında qaldı
8-01-2022, 17:44
Azərbaycanda DƏHŞƏT: “Uşaq evində böyüyən 15 yaşlı ananın övladı da sığınacaqdadır”
30-03-2015, 10:09
Daha bir ştat 31 mart Soyqırımı Günü ilə bağlı qətnamə qəbul etdi
23-01-2021, 10:58
Vətən uğrunda canından keçən "çox gülən oğlan" - Foto
20-03-2018, 11:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
22-05-2019, 21:35
Ana südündən ürək-damar xəstəliklərinə qədər hər dərdin dərmanı - GİCİTKƏNİN FAYDALARI
24-06-2015, 11:53
Qızlar Krallığı: Bu kənddə oğlanlar gəlin gedir (FOTO)
13-08-2015, 14:26
Siqaret çəkənlərə xoş xəbər