Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Röyanı söyən oğlan danışdı
Tarix: 27-05-2015 | Saat: 12:06
Bölmə:Karusel / Gündəm / Şou-Biznes / M2 | çapa göndər

Röyanı söyən oğlan danışdı
Bir neçə gündür ki, mediada və sosial şəbəkədə müzakirə olunan Röyanın onu təhqir edən şəxslə bağlı paylaşdığı videonun qəhrəmanı danışıb.


Xeberaz.az xəbər verir ki ,“Qafqazinfo”ya açıqlamasında Zaur İbrahimov bildirib ki, onlar artıq Röya ilə barışıblar: “Biz Röyadan şikayətçi deyilik. Görüşüb barışmışıq. Bu hadisədən heç kim istifadə etməsin. Bu barədə biz heç bir vəkilə açıqlama verməmişik. Bir daha deyirik ki, məsələni həll edib barışmışıq və Röya ilə bağlı Hüquq Mühafizə Orqanlarına heç bir müraciət etməmişik və belə fikrimiz də yoxdur”.

Z. İbrahimov hadisənin günlərdir mediada müzakirə olunmasına da toxunub: “Bu məsələni kimlərsə şişirdir. Biz bunu istəmirik”.

Qeyd edək ki, Röyanın bir neçə gün əvvəl paylaşdığı video müzakirələrə səbəb olandan sonra müğənni sözügedən görüntünü instagram hesabından silib.

***

Xatırladaq ki, Röya həmin görüntüləri instagram hesabında paylaşanda Elnur adlı şəxsin adını çəkmişdi. Belə görünür müğənni həmin gəncin uzaqdan görüntüsünü yaysa da, adını ictimaiyyətə olduğu kimi açıqlamaqdan ehtiyat edib.


Xəbəri paylaş

9008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___