Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda klinikada iki yaşlı körpə öldü
Tarix: 27-10-2016 | Saat: 16:30
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda klinikada iki yaşlı körpə öldü


Polis idarəsinə həkimlərin məsuliyyətsizliyinə dair növbəti şikayət daxil olub. Bu dəfə "Oksigen" özəl klinikasının əməkdaşları ittiham edilir.

Bu barədə Sputnik-ə Nərimanov Rayon Polis İdarəsindən bildiriblər.

Biləsuvar sakini, 1984-cü il təvəllüdlü Həsənov Ramil Qabil oğlunun sözlərinə görə, oktyabrın 26-da saat 16:58-də Təbriz küçəsində yerləşən klinikada əməliyyat stolunda onun iki yaşlı qardaşı oğlu Həsənli Məhəmməd Amil oğılu ölüb. Hələlik oğlanın ayağının əməliyyat olunduğu məlumdur.

Oğlanın doğmaları uşağın həkimlərin məsuliyyətsizliyi ucbatından öldüyündən əmindirlər. Nərimanov Rayon Prokurorluğunda məlumatı təsdiqləyiblər və əlavə ediblər ki, fakt üzrə hazırda araşdırma gedir və hələlik heç kim şübhəli şəxs kimi məsuliyyətə cəlb edilməyib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən özəl klinikaların fəaliyyətinə müdaxilə etmə səlahiyyətləri olmadığı, bunun üçün istintaq orqanlarının olduğunu bildiriblər.

Qeyd edək ki, "Oksigen" klinikası Odlar Yurdu universitetinin rektoru Munir Vəliyevin oğluna məxsusdur. Klinikanın adı dəfələrlə müxtəlif hadisələrdə hallanıb.


Xəbəri paylaş

6008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___