Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hansı xəstəxanalar pullu olacaq? - AÇIQLAMA
Tarix: 26-10-2016 | Saat: 16:39
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Hansı xəstəxanalar pullu olacaq? - AÇIQLAMA

“Bu qərar dövlət xəstəxanalarının hamısına aid ola bilməz. Lakin bəzi klinikalarda xidmət ödənişli ola bilər”.
Bu sözləri millət vəkili Musa Quliyev Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiyə aydınlıq gətirərkən deyib.
Millət vəkili bildirib ki, bu qərar əsasən universitet klinikaları,müəyyən nazirliklərin nəzdində olan klinikalara aid ola bilər: “Çünki həmin klinikaların status müəyyən deyil. Onları dövlət yaradıb, özəl də hesab oluna bilməzlər. Həmin müəssisələr publik hüquqi şəxs yaratmaqla səhmin bir hissəsi dövlətdə, digəri vətəndaş və ya hüquqi şəxsdə olmaqla fəaliyyət göstərə bilərlər. Onların göstərdiyi xidmətlərin bir hissəsi ödənişli və ya ödənişsiz ola bilər. Amma dövlətin poliklinikaları,təcili yardım, Səhiyyə Nazirliyi tabeliyindəki klinikalarda pulsuz xidmət olduğu kimi qalacaq. Nazirlər Kabineti qərarı ilə müəyyən edilmiş qaydalar maliyyələşmə şərtlərini dəyişmir. Sadəcə bəzi klinikaların hüquqi statusunu dəyişmək üçün əsas verir”.
Millət vəkili bildirib ki, qeyd etdiyimiz səhiyyə müəssisələrinin pullu olması normaldır: “Onlar hüquqi şəxs yaradıb xidməti pullu edə bilərlər. Lakin Səhiyyə Nazirliyinin tabeliyində olan klinika, xəstəxana müalicələr hansı qaydada aparıldısa, bundan sonra da o formada həyata keçiriləcək. Müalicənin aparılmasının ödənişsiz və ya ödənişli olması şərtləri heç nəyi dəyişməyəcək. Bu vaxta qədər onsuz da həmin müəssisələrdə xidmət pullu idi, lakin onun normativ əsası yox idi. Onlar public şəxs yaratmaqla bunun normativ əsaslarını təmin edəcəklər. İcbari sığorta işə düşəndən sonra sığorta müqaviləsi əsasında həmin xidməti göstərə biləcəklər”.
M.Quliyev onu da vurğulayıb ki, edilən dəyişikliyi vətəndaş hiss etməyəcək: “Bu qərar yalnız hüquqi status və ya varisliyindən söhbət gedə bilir”.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, dövlət xəstəxanalarının ödənişli olacağı ilə bağlı məlumatlar doğru deyil. Nazirliyin açıqlamaasında vurğulanıb ki, dövlət tibb müəssisələri əvvəllər Əsasnamə əsasında fəaliyyət göstərirdisə, bundan sonra Nizamnamə əsasında fəaliyyət göstərəcək.


Xəbəri paylaş

8918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___