Kolbasanın və balığın qiymətində bahalaşma gözlənilir
Tarix: 25-10-2016 | Saat: 11:20
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycanda toyuq ətindən hazırlanan kolbasa və sosislərin qiymətində bahalaşma gözlənilir. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, bunun səbəbi ölkəyə idxal olunan toyuq ətinin rüsumunun artırılmasıdır. Ticarətçilər deyir ki, növbəti aydan kolbasa və sosislərin qiymətində əhəmiyyətli artım olacaq. “İndidən qiymətləri qaldıran şirkətlər də var. Amma bu o qədər də ciddi artım deyil. Güman ki, gələn aydan onlar növbəti dəfə qiymət artımına gedəcəklər. Əslində istehsalçıları qınamaq mümkün deyil. Kolbasa və sosislərin hazırlanması üçün ölkəyə idxal olunan xammal artıq əvvəlki qiymətdə deyil. İdxal rüsumlarının artırılması bahalaşmaya səbəb olub. Şirkətlər də məcburiyyət qarşısında qalıb məhsullarının qiymətini artırırlar”, – deyə ticarətçilər bildirib.
Balığın qiymətində də artım olacağı gözlənilir. Bunun səbəbi isə süni balıq göllərinin ləğvi ilə bağlıdır. Qeyd edək ki, məsələ bu günlərdə kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin başqa məqsədlərlə istifadəsinin dayandırılması və yenidən əkin fonduna qaytarılması siyasəti çərçivəsində gündəmə gəlib. Ləğv edilmiş balıqçılıq təsərrüfatların tutduğu ərazilər əkin fonduna veriləcəyi deyilir.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, araşdırmalar nəticəsində indiyədək respublika üzrə 304 balıq gölünün yaradıldığı müəyyən edilib. Belə süni balıq göllərinə ən çox Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Saatlı, Sabirabad, İmişli və Yevlax rayonlarında rast gəlinir.
Artıq prosesə start verilib və buna görə balığın qiyməti aşağı düşüb. Lakin süni balıq gölləri ləğv ediləndən sonra balığın qiymətində ciddi bahalaşmanın olacağı gözlənilir.
Xəbəri paylaş
6468 dəfə oxunub.
Digər xəbərlər

23-02-2017, 14:30
Afaq Gəncəlini baxın illər necə dəyişdi - FOTO
28-12-2016, 18:23
Ərdoğanın bu açıqlaması dünyanı silkələdi
6-02-2016, 19:57
“Radikal dindarlar devalvasiyadan sonra etiraz yaratmağa çalışırlar” - Fuad Ələsgərov
20-09-2021, 11:19
Yollarda ölüm saçan avtomobillər - Çxış yolu nədədir?
20-10-2015, 22:47
Ən böyük məscid bu ölkədə tikilir
28-09-2019, 14:02
Gəncədə narkotacir saxlanıldı
27-11-2017, 09:51
80 min azərbaycanlı ABŞ-da yaşamaq üçün müraciət edib
18-07-2017, 16:47
Arzu Əliyevanın qayınanası ilə fotosu
26-01-2018, 13:47
İngilis hakim azan səsini eşitdi: - Oyunu dayandırdı- VİDEO
31-01-2022, 10:46
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür