Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı Dairəvi Yolundakı çatla bağlı YENİ XƏBƏR - FOTOLAR
Tarix: 24-10-2016 | Saat: 19:04
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Bakı Dairəvi Yolundakı çatla bağlı YENİ XƏBƏR - FOTOLAR



Ötən həftə intensiv yağışlardan sonra Beynəlxalq Avtovağzal kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna birbaşa çıxışı təmin edən yolun çiyin hissəsində yaranmış çatlar artıq bərpa olunub.

“Azəravtoyol” ASC-dən bildirilib ki, çatlar yolun Bakı Dairəvi-1 avtomobil yoluna birləşən hissəsində yaranıb: “Bu barədə məlumat daxil olan kimi “Azəravtoyol” ASC-nin mütəxəssisləri əraziyə baxış keçiriblər. Məlum olub ki, yolun çiyin hissəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş küvetlərin bəzi hissələrindən su torpağa sızır. Bu sızma nəticəsində həmin hissədə çiyinlərin tökmə torpaq layında yumuşalma gedib və asfalt-beton örtükdə çatlar əmələ gəlib. Dərhal bu barədə yolun inşasını həyata keçirən podratçı şirkətə məlumat verilib və sözügedən hissə qısa müddət ərzində bərpa olunub, torpağa su sızmasının qarşısı alınıb”.

****

16:00

Bakı Dairəvi yolunun kənarında əmələ gələn çatlar təhlükəli deyil.

"Xəbəraz.az " xəbər verir ki, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, həmin ərazidəki vəziyyət nəzarətdə saxlanılır.

A.Nəcəflinin səzlərinə görə, yolu inşa edən podratçı şirkətə bununla bağlı məlumat verilib:

“Onlara tapşırılıb ki, həmin hissənin bərpası həyata keçirilsin. Ərazidə təhlükəli vəziyyət yoxdur. Axırıncı intensiv yağışlar nəticəsində yol kənarına, çiyin hissəyə tökülmüş torpağın yumşalması ilə həmin hissədə çatlar əmələ gəlib. Yolun hərəkət hissəsinə doğru çatların böyüməsi mümkün deyil. Narahatlığa əsas yoxdur. Yaxın günlərdə həmin ərazi bərpa olunacaq”.

Bakı Dairəvi Yolundakı çatla bağlı YENİ XƏBƏR - FOTOLAR
Bakı Dairəvi Yolundakı çatla bağlı YENİ XƏBƏR - FOTOLAR


Xəbəri paylaş

7588 dəfə oxunub.

Digər xəbərlər
26-04-2016, 18:34 “İrandan ABŞ-a iki nota
6-02-2016, 12:21 Cəbhədən son xəbər

bütün xəbərlər
____ Instagram ___