Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tale Heydərovun filmi təqdim edildi - Foto
Tarix: 22-10-2016 | Saat: 01:14
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Tale Heydərovun filmi təqdim edildi - Foto

Bu gün Nizami Kinoteatr mərkəzində “Gənc səslər, qədim nəğmələr” adlı etnoqrafik sənədli filmin təqdimat mərasimi keçrilib.

Azərbaycanın Qarabağ bölgəsindən məcburi köçkün düşmüş usaqlara həsr olunmuş “Gənc səslər, qədim nəğmələr” adlı etnoqrafik sənədli filmin icraçı prodüseri Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov, rejissorları Keti-RobinQarton və Cefri Verbokdur.

Nümayişdən əvvəl filmin icarıçı prodüeri Tale Heydərov qonaqları salamlayaraq, muğamın Azərbaycanın milli dəyərlərindən biri olduğunu vurğulayıb: “Azərbaycanın şah əsəri sayılan muğam mədəniyyətimizdə xüsusi yer tutur. Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban Əliyeva muğamın Azərbaycanda və xaricdə tanınması sahəsində çoxlu işlər görüb. 2008-ci ildə muğam sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması Siyahısına daxil edilib. Muğam sənətinin inkişafı sahəsində ölkəmizdə bir sıra işlər görülüb. Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Bakı şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzi tikilib, eləcə muğam antologiyası və “Qarabağ xanəndələri” albomu hazırlanıb”.

T.Heydərovun sözlərinə görə, Azərbaycan Avropa Cəmiyyətinin bu filmi ərsəyə gətirməkdə əsas məqsədi münaqişənin xaricə düzgün çatdırılması və bu sahədə çoxlu müxtəlif metodlardan istifadə olunmasıdır. Buna beynəlxalq muğam müsabiqələrinin keçirilməsi, Qarabağ haqqında kitabların rus, frnasız, ingilis və digər dillərə tərcümə olunması, sənədli filmlərin çəkilməsini, müxtəlif televiziya proqramlarının hazırlanmasını, misal çəkmək olar. Əsas məqsədlərimiz də biri də bu proqramların beynəlxalq kanallarda göstərilməsinə nail olmaqdır.

Qarabağ münaqişəsi yalnız humanitar problemlərə gətirib çıxarmayıb, eyni zamanda mədəniyyətin beşiyi sayılan müxtəlif tarixi abidələrin dağıdılmasına, yox olmasına gətirib çıxarıb. Bu isə nəinki ölkəmizə, beynəlxalq mədəniyyət irsinə böyük zərbə vurub. Biz bütün həqiqətləri beynəlxalq aləmə çatdırmaq üçün sənədli filmin çəkilməsinə qərar verdik və Azərbaycanı çox illər əvvəl tanıyan Cefri Verboku bu işə cəlb etdik. O, Azərbaycan muğamını sadə vətəndaşdan daha yaxşı bilir və peşəkar muğam ifaçısı statusunu qazanıb. Bütün bu illər ərzində biz bu filmin ərsəyə gəlməsinə çalışmışıq. Bu, bizim ən uzunmüddətli layihəmizdir. Filmin reallaşmasına 4 ildən artıq vaxt sərf olunub”, - deyə Taleh Heydərov vurğulayıb.

T.Heydərov çıxışında onu da bildirib ki, bu film bir daha işğala, çətinliklərə baxmayaraq muğam sənətinin Azərbaycanda yaşamasını göstərir. Bunu yaşadan Qarabağdan olan məcburi köçkünlərdir, köçkün gənclərdir. Onların sayəsində, eyni zamanda, dövlətin bu sahəyə göstərdiyi diqqət sayəsində bu gün muğam Azərbaycanda yaşamaqdadır.

“Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filmin ilk premyerasının Londonda uğurla baş tutduğunu söyləyən TEAS sədri vurğulayıb ki, bu cür təqdimatlar Avropanın digər ölkələrində də təşkil olunacaq.

Tanınmış muğam ifaçısı Cefri Verbok filmin ərsəyə gəlməsindən danışıb. Filmin müəllifi C.Verbok belə bir əlamətdar tədbirdə iştirak etməkdən məmnunluğunu bildirərək, filmin çəkilişləri ilə bağlı Azərbaycana səfərləri müddətində azərbaycanlı məcburi köçkünlərlə, o cümlədən öz yurd-yuvalarından didərgin düşmüş uşaqlarla bağlı əldə etdiyi kövrəldici təcrübələrini bölüşüb. O, 16 il bundan qabaq Azərbaycan uşaqlarının muğam ifa etdiyini eşidəndə inanmadığını və bura gəlib bunun həqiqət olduğunu gördüyünü söyləyib. O, 2000-ci ildə Azərbaycanın məcburi köçkün düşərgələrindən birində kamera ilə çəkdiyi ağır həyat şəraitinə baxmayaraq, qədim muğam ənənələrini yaşadan azyaşlı uşaqların ifasına heyran qaldığını söyləyib: “ABŞ-a qayıtdıqdan sonra çəkdiyim kadrları izləyərkən, uşaqlardan birinin Vətən haqqında oxuduğu mahnı onu möhkəm təsirləndim. Burada 14 yaşlı bir yeniyetmə itirdiyi doğma yurduna sevgisini ifadə edərək öz hisslərini göstərməsi ilə seçilirdi. Bu uşaqların hələ də muğam oxuyub-oxumadıqlarını bilmək və yeni gənc muğam ifaçıları ilə tanışlıq məqsədilə 8 il sonra yenidən Azərbaycan gəldim və illlər əvvəl məni heyran edən gənc muğam ifaçısını tapdım”.

İstedadlı musiqiçi həmçinin, Azərbaycanın zəngin musiqi irsi və çoxəsrlik mədəni dəyərləri barədə öz xoş təəssüratlarını ifadə edib.

Daha sonra film təqdim edilib.

Filmdə gənc muğam ifaçısının bir-birini əvəz edən ifaları öz əksini tapıb. Göstərilir ki, Azərbaycan xalqı qədim muğam ənənəsini yaşadır, ona Vətən torpağının erməni işğalından azad edilməsi uğrunda mübarizənin mənəvi dəyərlərindən biri kimi baxır, qloballaşmaya baxmayaraq, gənc nəsil böyük mədəni irsi qoruyur.

Filmdə Azərbaycan, xüsusilə də muğam haqqında mədəni bir fenomen kimi danışılır. Muğamın qədim mənşəyi olan, yüksək dərəcədə mürəkkəb, incə koloritli, ölçüsü olmayan (Avropa operasındakı kimi) mikrotonlu, mənəvi baxımdan güclü və emosional musiqi olduğu vurğulanır.

Ekran əsərində muğamın sehrinə və mürəkkəbliyinə baxmayaraq, onu məharətlə ifa etməyi bacaran azərbaycanlı uşaqların fenomenal istedadından bəhs edilir. Bunlar sadəcə bir neçə istedadlı uşaq deyil, daxilində möhtəşəm muğam gücü yaşayan yüzlərlə uşaqlardır.

Daha sonra muğamın beşiyi olan Qarabağın itirilməsindən bəhs olunur. Bu uşaqlar - muğam ifaçıları Qarabağ regionunda, Ermənistan tərəfindən işğal olunmazdan əvvəl həmin ərazilərdə dünyaya göz açıblar. Ermənistanın təcavüzü işğal olunmuş ərazilərdəki mədəni irsə də mənfi təsir göstərib.

Filmdə həmçinin, 1972-ci ildə Los-Ancelesdə yaşayarkən özü üçün muğamı kəşf edən Cefri Verbokun əslən dərbəndli olan yaşlı bir dağ yəhudisi ilə həyatını dəyişən görüşü haqqında da məlumat verilib. Əvvəllər Qərb musiqisi sahəsində çalışmış bəstəkar və musiqiçi olan Verbok Zevulon Avşalomobla rastlaşır. Onun Azərbaycan muğamının simli aləti olan kamançadakı emosional və ecazlar ifasını eşidir. Bundan sonra bəstəkarlıqla məşğul olmasına son qoyub muğam ifa etməyi öyrənmək qərarına gəlir və bu məqsədlə Bakıya üz tutur.

Bu film göstərir ki, Ermənistanın işğalı nəinki humanitar fəlakətə yol açmış, tarix və mədəniyyət abidələrini, maddi resursları dağıtmış, muğam sənətinə qarşı da yönəlmişdir. Buna baxmayaraq, Azərbaycan xalqı Qarabağın muğam ənənəsini yaşadır. Muğam sənəti Azərbaycan xalqına mənsub olduğu kimi, onun beşiyi olan Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Qarabağın işğal edilmiş rayonlarının məcburi köçkün gəncləri məhdud imkanlar şəraitində belə muğam sənətinə yeni uğurlar gətirməyi bacarırlar. Azərbaycan dövlətinin bu sahədəki siyasəti onlara böyük dəstək və köməkdir.

54 dəqiqəlik film həm Azərbaycan, həm də ingilis dillərində titrlərlə verilib.

Təqdimat mərasimi Cefri Verbokun kamançada Azərbaycan muğamının ecazkar ifası ilə bitib.

Tale Heydərovun filmi təqdim edildi - Foto
Tale Heydərovun filmi təqdim edildi - Foto
Tale Heydərovun filmi təqdim edildi - Foto
Tale Heydərovun filmi təqdim edildi - Foto
Tale Heydərovun filmi təqdim edildi - Foto


Xəbəri paylaş

1 0508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___