Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ev yanırdı, toru cırıb uşaqları çölə atdım" - Qaz sızması evi partlatdı - VİDEO
Tarix: 21-10-2016 | Saat: 18:38
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

"Ev yanırdı, toru cırıb uşaqları çölə atdım" - Qaz sızması evi partlatdı -  VİDEO

16:39

Samuxda qaz sızması güclü partlayışa səbəb olub. Partlayış nəticəsində yararsız hala düşən evdə iki nəfər ağır xəsarət alıb.

ARB TV xəbər verir ki, hadisə rayonun Aşağı Ağasıbəyli kəndində qeydə alınıb.

Nəticədə Naçar İsmayılovun bədəninin 65 faizi, onun həyat yoldaşı - 51 yaşlı Zemfira İsmayılovanınsa bədəninin 45 faizi yanıb. Hər iki yaralı ilk olaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Daha sonra isə vəziyyətlərinin ağırlığı nəzərə alınaraq Bakıdakı Respublika Yanıq Mərkəzinə göndəriliblər.

Hadisə zamanı evdə daha 4 nəfər - Naçar İsmayılovun gəlini və 3 azyaşlı nəvəsi olsa da, xoşbəxtlikdən onlar xəsarət almayıblar.

Zərərçəkən: "Elə gördüm ki, yanır. Qızlarım burada yatır, oğlum da yanımda. Yoldaşım da işdə idi. Uşaqları oyatdım ki, durun ev yanır. Toru cırıb uşaqları çölə atdım. Əmimoğlu gəldi uşaqları məhlədən götürdü. Özüm də hələ çıxa bilmədim. Qapını alov qoymurdu açam. Birtəhər özümü çölə atdım".

Hadisənin dəqiq baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.




Xəbəri paylaş

8448 dəfə oxunub.

Digər xəbərlər
4-01-2016, 11:52 Neft kəskin bahalaşdı

bütün xəbərlər
____ Instagram ___