Əməkdar artist azyaşlı qohumunun həyatını təhlükəyə atdı - VİDEO
Tarix: 21-10-2016 | Saat: 18:08
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Skripkaçı Səlim Abbasov yol hərəkəti qaydalarını kobud şəkildə pozub. O, bir video ilə 5 qayda pozuntusuna yol verdiyini nümayiş etdirib.
"Xəbəraz.az " avtosfer.az-a istinadən bildirir ki, əməkdar artist bunu təsdiq edən videonu özü sosial şəbəkələrdə yayıb. Kadrlardan da göründüyü kimi, Səlim sükan arxasında yol hərəkəti qaydalarını heçə sayır. O, özünün də dediyi kimi, bacısı oğlu olan 2 yaşlı uşağı avtomobilin ön oturacağında oturdub. Hansı ki, bu hərəkət qanunla qadağandır. Bu yaşda uşaqlar avtomobilin arxa oturacağında uşaqlar üçün nəzərdə tutulan xüsusi oturacaqlarda əyləşdirilməlidir. Bundan əlavə, Səlim özü təhlükəsizlik kəmərindən istifadə etmir. Üstəlik, bir əlində banan, digər əlində isə telefonu tutub və çəkiliş aparır. Maraqlıdır ki, bəs görəsən, sükanı necə tutub? Olmaya, Səlimin üç əli var?
Bir videoda 5 qayda pozuntusuna yol verən əməkdar artistin bunu çəkib sosial şəbəkələrdə yaymaqla başqalarına pis nümunə olması heç də yaxşı hal deyil.
Qeyd edək ki, bu videoda Səlim Abbasovun pozduğu qaydalar bunlardır:
1 - Sərnişindaşıma qaydalarının pozulması - 60 manat-3 bal.
2 - Təhlükəsizlik kəmərindən istifadə etməmək - 40 manat.
3 - Mobil telefonu əldə tutmaqla ondan istifadə etmək - 50 manat.
4 - Hərəkət zamanı əlini sükandan çəkmək (Sənətçi bir əlində telefon tutub, digər əlində isə banan var. Onun 3 əli olmadığını nəzərə alsaq, bu, o deməkdir ki, hərdən əlini sükandan çəkir-red.) - 40 manat
5 - Sükan arxasında diqqəti yayındıran söhbətlərə qoşulmaq.
Xəbəri paylaş
7108 dəfə oxunub.
Digər xəbərlər

8-09-2017, 23:25
Azərbaycan toylarında yeni ənənə formalaşır - VİDEO
6-08-2019, 11:09
Qadın avtomobildəki məktubu görüb ŞOKA düşdü - FOTO
18-09-2019, 13:19
Prezident Stanislav Zası qəbul etdi - FOTO
2-10-2021, 14:10
FHN gözlənilən sel və küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ
15-12-2016, 12:49
15 yaşlı azərbaycanlı Türkiyədə həkimi qorxuya saldı - FOTO
25-07-2016, 11:00
Bu vəziyyətdə qadınlar sizi...
29-05-2018, 13:08
Vüsalə “Porsche” aldı - foto
14-05-2016, 20:42
Rusiya diktatora nota verdi
12-06-2020, 13:03
Arvadını və 2 uşağını öldürdü, daha sonra...
31-08-2015, 13:52
Beynəlxalq Bankda pulu olanların nəzərinə!