Dilimizi korlayanlarla bağlı təklif – Pul cəriməsi
Tarix: 21-10-2016 | Saat: 13:34
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz-ın debatı | çapa göndər
Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsi tətbiq edilə bilər.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, bir sıra ölkələrdə, xüsusilə Pribaltika ölkələrində dövlət dilinin normalarını pozanlara qarşı inzibati qaydada cəza tədbirləri tətbiq olunur:
“Yəni ədəbi dilin normalarını pozanlara qarşı maddi, yəni pul ödəmə cəzası tətbiq edilir. Tutaq ki, kimsə, çimərlik əvəzinə “plyaj” deyirsə, “tıxac” əvəzinə “probka” deyirsə, onlar pulla cərimələnir. Azərbaycanda da bunu kiçik məbləğdə pul cəriməsindən başlamaq olar. Yol hərəkəti qaydalarını pozanlara qarşı cəza tədbirləri görülür və bu tədbirlər effektiv nəticəsini verir. Ədəbi dilin normalarını pozanlara qarşı inzibati cəzanın tətbiqi ilə bağlı irəli sürdüyümüz təklif AMEA-nın rəhbərliyi tərəfindən bəyənilib. Amma bunun mexanizmini hazırlamaq lazımdır. Belə bir qanunun tətbiq olunması ilə bağlı müvafiq orqanlar qarşısında vəsatət qaldırıla bilər".
Ədəbi dilin normalarının pozulması hallarının qarşısının alınması üçün institutun monitorinq şöbəsi tərəfindən daim monitorinqlərin keçirildiyini deyən M.Nağısoylu qeyd edib ki, belə halların olmaması üçün yalnız Bakıda deyil, digər rayon və şəhərlərdə də afişa, reklamlarla məşğul olan idarələrlə, hətta Səhiyyə Nazirliyi ilə (dərmanların içliklərinin hazırlanması ilə bağlı) müqavilə bağlamaq istəyirlər:
“Bu tədbirləri həyata keçirmək istəyirik ki, ədəbi dilin normalarının pozulması hallarının qarşısı alınsın. Ədəbi dilin normalarını gözləmək hamımızın vəzifəsidir. Bu, yalnız Dilçilik İnstitutunun işi deyil”.
Xəbəri paylaş
6038 dəfə oxunub.
Digər xəbərlər

22-02-2021, 13:19
Sevilin intihardan əvvəlki son GÖRÜNTÜLƏRİ YAYILDI
15-03-2017, 14:41
Nüşabə Ələsgərli mediadan gizlətdiyi qızı ilə - FOTO
26-01-2017, 23:22
Qara sarımsağın inanılmaz faydaları
26-08-2016, 10:51
Hacıqabulda iki uşaq anası özünü asıb
18-02-2016, 20:59
Məşhur restoran əxalqıszlıq yuvası imiş - FOTOLAR
8-11-2016, 18:59
Məkkə çayı - min bir dərdin dərmanı
8-12-2016, 21:25
Abşeronda göl daşdı, evləri su basdı - VİDEO
18-12-2016, 11:46
Leyla Əliyeva əkizləri ilə konsertdə - Fotolar
24-01-2018, 12:24
Ata və qızını öldürənə ömürlük həbs verildi
12-02-2016, 10:05
Leyla Əliyeva: Hər şey ideyadan başlayır...