Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda evlərin altından neft çıxır (VİDEO)
Tarix: 21-10-2016 | Saat: 02:00
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Bakıda evlərin altından neft çıxır (VİDEO)
Paytaxtda bəzi evlərin altından neft çıxır, üstəlik ərazidə heç bir boru da yoxdur.
"Xəbəraz.az " xezerxeber.com-a istinadən bildirir ki, görüntülər Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əmir Bağırov küçəsindəndir. Ərazidə yerləşən 10-dan artıq həyətdən neft çıxır. Bəzi evlərin zirzəmisi də bu cür maye ilə dolub və sızaraq həyətə çıxır. Neft qoxusundan evdə oturmaq mümkün deyil.
Sakinlərin sözlərinə görə, 1 ildən artıqdır ki, həyətlərdə bu cür vəziyyət hökm sürür.
Sakinlər deyirlər ki, neft quyularından çıxan çirkab suyun axıdılması üçün nəzərdə tutulan göl qurudulub və həmin vaxtdan həyətlərdən qrunt suları və neft üzə çıxmağa başlayıb. Həyətdəki əksər ağaclar quruyub və ərazi həşəratların məskəninə çevrilib.
Məsələ ilə bağlı Zabrat ərazi icra nümayəndəsi və ərazinin icarədarı olan "Balaxanı Oil Company"nin nümayəndələri də həyətlərə baxış keçiriblər.
Ərazidə neft hasilatı ilə məşğul olan şirkətin nümayəndələri isə bildiriblər ki, oradan heç bir neft borusu keçmir. Araşdırılma aparıldıqdan sonra problemin həlli istiqamətində lazımi tədbirlər görüləcək.



Xəbəri paylaş

9438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___