Səidə Sultandan Elnarəyə sərt CAVAB: "Onu istəyir ki, sirləri açım?"
Tarix: 19-10-2016 | Saat: 17:00
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
Zaur Kamalın aparıcısı olduğu "5-də 5" verilişinin qonağı olan müğənni Elnarə Xəlilova bir sıra maraqlı açıqlamalarla diqqət çəkib.
Sənətçi verlişdə həmkarı Səidə Sultanın əlindən tutub səhnəyə çıxartdığını bildirib:
"Onu əlindən tutub, səhnəyə mən çıxartmışam. Necə Səidəni tanımaya bilərəm?"
"Xəbəraz.az " bildirir ki, Səidə Sultan isə bununla bağlı ölkə.az-a açıqlamasında E.Xəlilovanın yalan danışdığını deyib və səhnəyə gəldiyi illəri xatırlayıb:
"İlk dəfə səhnəyə 2000-ci ildə - 11-ci sinifdə oxuyanda gəlmişəm. Mədəniyyət Nazirliyinin məktəblilər arasında keçirdiyi "Pöhrə" müsabiqəsinin laureatı oldum. 2001-ci ildə "Bakı payızı" müsabiqəsində iştirak etmişəm. Müsabiqədə birinci yeri Zaur Əmiraslanovla Tünzalə Ağayeva, ikinci yeri Fidan və Xuraman Qasımova bacılarının tələbəsi Dilarə Əliyeva ilə mən tutduq. Müsabiqədə jürim Vaqif Gərayzadə, Samir Bağırov, Abbas Əhməd, Aygün Kazımova və Zülfiyyə Xanbabayeva olub. Yarımfinalda isə Eldar Mansurovla Faiq Ağayev də jüridə idi. O zamanlar "W Trio" qrupu dəbə düşmüşdü. Qrupun qızları da müsabiqənin konsertlərinə gəlirdilər, radioda mahnılarım gedirdi.
Onların iki illik müqaviləsi bitdi. Mən də prodüser Yalçın Cabbarovla işləyirdim. İlk müəllimim də konservatoriyadan Esmiralda Hüseynova olub. Ardınca Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. İki ildən sonra Röya gəldi, dedi ki, mən solo karyeraya başlayıram və istəyirəm ki, qrupda üçüncü qız sən olasan. Mən də razılaşdım. Gəldik bizə, evdəkilərlə danışdı. Röyayla birlikdə getdik Vaqif Gərayzadənin yanına. Axırda Xuraman Şuşalı gəldi. Elnarə isə heç vaxt mənim əlimdən tutub səhnəyə gətirməyib. Düzdür, o məndən 1-2 yaş böyükdür, amma o kim idi ki, əlimdən tutsun? Həmin vaxt o qızlar məndən təcrübəliydilər, mən məktəbi yeni qurtarmışdım, uşaq idim. Elnarənin bilirsiniz nələri yadıma gəlir? Qrupdan çıxanda dedi ki, ərə gedirəm. Zəng edirdi, danışırdıq. Elnarə kim olasıdır ki, mənim əlimdən tutsun? Onun əlindən tutan lazım idi, tutmuşdular da. Elnarə onu istəyir ki, abır-həyadan keçib ağzıma gələni danışım?"
Xəbəri paylaş
8008 dəfə oxunub.
Digər xəbərlər

30-07-2016, 09:37
Pendir yedi, əlil oldu - VİDEO
29-06-2015, 19:36
Dünya belə toy görmədi VİDEO:
26-03-2016, 14:20
Ata və oğul qəzaya düşdü - Ölən var
3-03-2023, 16:35
Günel keçirdiyi qəza haqda: "Gözümü itirə bilərdim" - FOTO
23-12-2016, 20:41
Təyyarə qaçıranlar təslim oldu - Video
21-12-2018, 12:29
Bakıda iş adamını maşınında güllələdilər - Sonra bıçaqladılar
14-02-2017, 13:59
Dövlət qulluğuna qəbul qaydaları hökumətə təqdim edilib
28-05-2023, 12:04
Sağlam və cavan qalmaq istəyənlərin məhsulu - TƏBİƏTİN MÖCÜZƏSİ
23-06-2017, 10:04
“Həyat yoldaşım şahzadədi, başına tac qoymuşam” - yığmamızın üzvü
16-01-2019, 11:00
“Bu, cinayət hadisəsidir” - İcradan barelyefin oğurlanmasına reaksiya