Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həbs olunmaq üçün oğurluq etdi - Bakıda
Tarix: 19-10-2016 | Saat: 14:21
Bölmə:Karusel / Hadisə | çapa göndər

Həbs olunmaq üçün oğurluq etdi - Bakıda

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

Report-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 20 yaşlı gənc paytaxtətrafı kənd və qəsəbələrdə müxtəlif markalı avtomobillərdən akkumulyator oğurladığını etiraf edib.

Məlumata görə, hadisəni törədən Sabirabad rayon sakini 20 yaşlı Fərid Nəsirli Xəzər Rayon Polis İdarəsinə (RPİ) aparılıb. O istintaqa ifadəsində bildirib ki, son bir ay ərzində Xəzər rayonunun Talışlar məhəlləsi, Südçülük sovxozu, Mərdəkan qəsəbəsindən əsasən VAZ 2106 , VAZ 2107 markalı avtomobillərə məxsus 8 ədəd akkumulyator oğurlayıb. F.Nəsirli qarət zamanı yalnız dəmir parçasından istifadə edib. Əvvəllər iki dəfə məhkum olunan gənc istintaqa ifadəsində əvvəlki məhkumluq müddətində tam islah olunmadığını deyib. Buna görə də o, "tam islah olunmaq" üçün 5 və ya 6 il həbsdə qalmaq istədiyini söyləyib:

"Məhz buna görə də oğurluq əməllərini törətdim. Oğurluqlar etdim ki, azı beş il həbs cəzası alıb "içəridə" islah olunum", - Nəsirli istintaqa ifadəsində əlavə edib.

Qeyd edək ki, F.Nəsirlinin anası xərçəng xəsətəliyindən əziyyət çəkdiyi üçün Türkiyədə müalicə olunur. Atası isə Rusiya Federasiyasında yaşayır. F.Nəsirlinin ailəsi ondan oğurluq əməlləri törətdiyi üçün üz döndərib.


Xəbəri paylaş

6378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___