DİN-dən sərxoşu sulayan polislə bağlı - Açıqlama
Tarix: 17-10-2016 | Saat: 19:40
Bölmə:Karusel / Gündəm / M2 / Araşdırma | çapa göndər
Daxili İşlər Nazirliyi Bakıda polisin vətəndaşı sulamasını özündə əks etdirən video materialla bağlı araşdırma aparıb.
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə videosu yayılmış həmin hadisə iki il əvvəl baş verib:
“Polis əməkdaşının səkidə yatan bir nəfəri su ilə islatmasını əks etdirən video sosial şəbəkələrdə və bəzi xəbər saytlarında ictimailəşəndən sonra qısa bir araşdırma apardıq. Məlum oldu ki, videoda qeyd olunanlar dünənin-bu günün hadisəsi deyil, iki il əvvəl baş verib. Günün günorta vaxtı şəhərin mərkəzində səkidə uzanan insan isə evsiz deyil, spirtli içki düşkünü olan birisidi. O da müəyyən olundu ki, yatan sərxoşu islatmaqla ayıldan polis əməkdaşı da hazırda daxili işlər orqanlarında xidmət etmir, təxminən bir il bundan əvvəl, 2015-ci ilin dekabrından təqaüdə çıxarılıb.
Belə olan halda sual yaranır: iki il əvvəl xəlvəti qeydə alınan videonun bu gün yayılaraq ictimailəşdirilməsi hansı məqsədə xidmət edir? Bu videonu “şok görüntü” kimi tələm-tələsik öz səhifələrinə yerləşdirən saytlar nədən heç bir araşdırma aparmayıb? Görünür, ictimai asayişi uğurla təmin edən, cinayətkarlıqla mübarizədə barışmaz olan polis əməkdaşlarının gündən-günə artan nüfuzu kimlərinsə “kürkünə birə salır”. Onlar da internet istifadəçilərini aldadaraq illər əvvəl kol-kos dibində yatıb xəlvəti çəkdikləri videoları, fotoları bugünün reallığı kimi təqdim edirlər. Amma unudurlar ki, belə primitiv üsullarla Azərbaycan polisini nə vətənə və xalqa xidmətdən, nə də cinayətkarlıqla mübarizədən bir anda olsun yayındırmaq mümkün deyil”.
Xəbəri paylaş
1 0118 dəfə oxunub.
Digər xəbərlər

21-05-2022, 12:13
141 saylı orta məktəbdə RÜŞVƏT - Valideynlər HARAY ÇƏKİR...
5-03-2021, 18:05
İlham Əliyev yeni formalaşan İdarə Heyətinə tapşırıq verdi
6-10-2015, 16:34
Gizli sevgi yaşayan gəlinlə qayınatanın 14 il öncəki cinayəti açıldı
31-12-2016, 12:20
Azərbaycanlı professor qripdən qorunmağın yollarından yazdı
24-07-2015, 20:48
ABŞ hərbi təyyarələri Türkiyə üzərində
17-02-2020, 11:18
Bakıda həkim qadının doğuş anını çəkib paylaşdı (18+VİDEO)
1-06-2018, 13:03
Azərbaycanlı uşaqlar hansı ölkənin vətəndaşlarına övladlığa verilib?
25-02-2017, 11:49
Cəbhədə ağır döyüş toqquşması: itkilərimiz var
5-10-2016, 19:41
Nadir əkiz bacıları ağlatdı – VİDEO
14-07-2016, 16:34
Nazirlik MMC direktorunu 10 min manat cərimələdi