Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Taleh Bağırovun tərəfdarları səs-küy saldı: hakim fasilə elan etdi
Tarix: 17-10-2016 | Saat: 13:28
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Taleh Bağırovun tərəfdarları səs-küy saldı: hakim fasilə elan etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.

"Xəbəraz.az " xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə vəkil Nemət Kərimli çıxış edib.

Vəkil bildirib ki, ötən iclasdan sonra təqsirləndirilən Abbas Hüseynov cərimə təcridxanasına salınıb, bu gün isə iclasda iştirakına icazə verilmir.

Hakim cavab verib ki, ötən iclasda zərərçəkmiş şəxsə qarşı nalayiq hərəkətlər etdiyi üçün onun məhkəmədə iştirakına icazə verilmir. Taleh Bağırov Abbas Hüseynovun iştirakının təmin edilməsini istəyib.

Daha sonra Taleh Bağırovun tərəfdarları prosesdə səs-küy salıblar. Hakim prosesdə günün ikinci yarəsınadək fasilə elan edib.


Xəbəri paylaş

6528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___