Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Payız stresinə qarşı alma çayı
Tarix: 16-10-2016 | Saat: 19:35
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Payız stresinə qarşı alma çayı


Stres - insanın gözlənilməz, onu gərginləşdirən şəraitlə qarşılaşarkən verdiyi emosional reaksiyadır. Ruh düşkünlüyünə, hətta bir sıra xəstəliklərə səbəb olan stressin səbəbləri çox olduğu kimi, onunla mübarizə yolları da az deyil.
Şəhər həyatı, səs-küyün artması, çətin həyat tərzi, nəqliyyat problemi və digər hallar insanda stres yaradır. Aydın məsələdir ki, hər insan gün ərzində özünü gümrah və enerjili hiss etmək istəyir. Lakin yuxarıda dediyimiz kimi, bu heç də həmişə mümkün olmur. Gündəlik iş həyatı və ya məişət problemləri həyəcanı bilavasitə stresə səbəb olur. Bununla əlaqədar, demək olar ki, sakitləşdirici vasitələr praktiki olaraq hər bir insana lazımdır.
"Xəbəraz.az " publika.az-a istinadən xəbər verir ki, dietoloq Şəfiqə Aydın Səlcuq payız aylarında yaranan bu kimi stresin qarşısını almaq üçün bədəni rahatlaşdıran içkilərə üstünlük verməyi tövsiyə edib. Onun sözlərinə görə, alma və nanə çayı sakitləşdirici xüsusiyyətlərə malikdir. Daim stres altında olan insan şirniyyatlara, yağlı və hazır qidalara, daha çox meyil edir. Amma həmin ərzaqlar stres əleyhinə elə də kömək etmir, insan gün ərzində özünü yuxulu və yorğun hiss edir, əlavə streslə yükləyir.

Ərzaqlar: Alma, limon, nanə yarpağı, şəkər, çay

Hazırlanması: Almanı yuyub təmizləyib kubik şəklində doğrayır, limonu dilimlərə bölür, sonra isə doğranmış nanə və 1 çay qaşığı toz şəkəri alma və limonun üzərinə əlavə edirik. Üstünə qaynar çay töküb dəmlənməsi üçün 30 dəqiqə gözləyirik.

Dietoloq: "Qeyri-sağlam qidalanma, uzun müddət ac qalmaq, həddindən artıq yağlı yeməklər, alkoqol və həddindən artıq kofein qəbul etmək əsəbilik və dözümsüzlük kimi xoşagəlməz vəziyyət yaradır. Dolayısı ilə stres hormonlarını çoxaldır. Piroq və qoğal kimi un məmulatları yerinə, kəpəkli çörəkarası pendir, qoz və fındıq kimi daha az yağlı və doyumlu məhsullar seçin. Gündə ən az bir dəfə zülallı qidalara yer verin. Əgər insanın zülal ehtiyacı qarşılanmazsa, həm maddələr mübadiləsi zəifləyir, həm də orqanizminizdə anemiya (qanazlığı), halsızlıq və əzələ itkisi yaranır ki, bu da insanın özünü zəif və gücsüz hiss etməsinə yol açır.

Stres zamanı immun sisteminin zəifləməsi nəticəsində infeksiya və xəstəliklərə tutulmaq riski artır. Yerkökü, tünd-yaşıl yarpaqlı tərəvəzlər, sarı-narıncı meyvələrdə olan beta-karotin də immun sisteminə müsbət təsir göstərir.

Stres ilə mübarizə yollarının bir neçə üsulu:

Streslə mübarizə özünətəsirdən başlayır - özünüzün fiziki və emosional əmin-amanlığınıza görə yalnız siz cavabdehsiniz. Optimist olun. Pessimizm stresin yüksək səviyyədə olmasına zəmanət verir.
Müntəzəm olaraq idmanla məşğul olun.
Hər işə nizam-intizamla yanaşın. Səliqəsizlik, intizamsızlıq bir tərəfdən "azadlıq" hissi bəxş etsə də, əslində, stres yaradır.
Yaxşı yaşamağa çalışın - vaxtlı-vaxtında istirahat etmək lazımdır - bir qədər yuxulamaq, kitab oxumaq, musiqiyə qulaq asmaq və s.
Keçmiş hadisələr haqqında çox fikirləşməməyə çalışın. Arabir masaj salonuna getmək - gərginliyin, stresin azalmasına təsir edir.
Həmişə hadisələrin xeyrinə, ümumiyyətlə, yaxşı sonluqla qurtaracağına inanın.
Unutmayın, insanın stresdən tez və ya gec çıxması çox vaxt onun öz əlində olur.


Xəbəri paylaş

6318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___