Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı metrosunda 22 yaşlı gənc relslərin üstünə tullanıb, qatarlar dayanıb - YENİLƏNİB
Tarix: 15-10-2016 | Saat: 01:03
Bölmə:Karusel / Hadisə / Fotogalereya | çapa göndər

Bakı metrosunda 22 yaşlı gənc relslərin üstünə tullanıb, qatarlar dayanıb - YENİLƏNİB
Bakı Metropolitenin "Koroğlu" stansiyasında bir nəfər relslərin üstünə tullanıb və tunelə doğru qaçıb.
"Xəbəraz.az " bildirir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, metropolitendə olan polis əməkdaşları tərəfindən həmin şəxsin saxlanılıb. Məlum olub ki, qaçan şəxs Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov Samir Famil oğludur.

N.Paşayev bildirib ki, qatar yolunda gərginliyin söndürülməsi ilə əlaqədar "İçərişəhər" - "Həzi Aslanov" və "Dərnəgül" - "Həzi Aslanov" xəttləri üzrə qatarların hərəkətində gecikmələr olub.

Araşdırmalar zamanı S.Aslanov bildirib ki, bu addımı ailə münaqişəsi zəminində atıb. Faktla bağlı araşdırmalar davam edir.

----------

23:18

Bakı metrosunda qatarların hərəkətində fasilə yaranıb.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, metronun "Koroğlu" stansiyasında bir nəfər relslərin üstünə tullanıb və tunelə doğru qaçmağa başlayıb. Yaranmış təhlükə ilə əlaqədar qatar yolunda gərginlik söndürülüb, polis əməkdaşları həmin şəxsin arxasında qaçıblar. Axtarışlardan sonra tuneldəki şəxs tapılıb və oradan çıxarılıb. Məlum olub ki, bu, Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov Samir Famil oğludur.

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib. Onun sözlərinə görə, gərginliyin söndürülməsi ilə əlaqədar metro xəttinin "Koroğlu" - "Həzi Aslanov" stansiyaları arasındakı hissəsində 10 dəqiqəlik gecikmə yaranıb.

Metroda həyəcanlı anlar yaşadan 22 yaşlı Samir Aslanov Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinə aparılıb. O, ilkin ifadəsində tuneldə tək qalmaq və düşünmək istədiyini bildirib. Araşdırmalar zamanı onun bu addımı şəxsi münasibətlər zəminində atdığı məlum olub və terror ehtimalı istisna edilir. Faktla bağlı araşdırmalar davam edir.


Xəbəri paylaş

8518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___