Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yol qəzasında 5 tələbə yaralandı - AZƏRBAYCANDA
Tarix: 14-10-2016 | Saat: 19:14
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Yol qəzasında 5 tələbə yaralandı - AZƏRBAYCANDA


Lənkəran şəhərində zəncirvari qəzada 6 nəfər xəsarət alıb, onlardan 5-i tələbədir. "Xəbəraz.az " ARB telekanalına istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 199-cu kilometrliyində, Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, ikinci dərəcəli yoldan magistral yola çıxmaq istəyən, taksi fəaliyyəti ilə məşğul olan 58 yaşlı Firudin Bəqəliyevin idarə etdiyi "VAZ-2106" markalı 42 BD 627 dövlət qeydiyyat nömrə nişanlı avtomaşın magistralla hərəkətdə olan "Ford" markalı 10 VZ 539 dövlət qeydiyyat nömrə nişanlı avtomaşının qarşısına çıxaraq qəzaya səbəb olub. Daha sonra yol kənarında hərəkətsiz vəziyyətdə olan Bəxtiyar Məmmədova məxsus "Mersedes" markalı, 10 CL 221 dövlət qeydiyyat nömrə nişanlı avtomaşına çırpılıb.

Nəticədə "VAZ-2106"-nın sürücüsü və avtomaşında olan 5 tələbə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Lənkəran Dövlət Universitetinin tələbələri olan sərnişinlərdən Masallı rayon Dadva kənd sakini, 18 yaşlı Xanımnisə Əliyeva xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Digər xəsarət alanlar - Salyan rayon sakini 18 yaşlı Sadiq Rəsulbəyli, Masallı rayon sakini 18 yaşlı Aytac Kərimli, Biləsuvar rayon sakini 17 yaşlı Yeganə Abbasova və Masallı rayon sakini 18 yaşlı Selcan Tahirzadə isə Travmatologiya şöbəsində qeydiyyata alınıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır



Xəbəri paylaş

7398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___