Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şadlıq evlərində havaya fişəng atılması nədən qadağan edilmir?..
Tarix: 11-10-2016 | Saat: 00:21
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Şadlıq evlərində havaya fişəng atılması nədən qadağan edilmir?..

Bakıdakı şadlıq saraylarının problemləri təkcə vətəndaşlara verdikləri kefiyyətsiz qida ilə, salonlarda olmayan akustika ilə ölçülmür, həm də toydan sonrakı səs-küylə götürülür. Belə ki, əksər şadlıq saraylarında keçirilən toydan sonra havaya atılan fişəng narazılığa səbəb olur. Gecə saat 12-dən sonra havaya atılan fişənglərin səsinə yaxınlıqda yerləşən binaların sakinləri yuxudan oyanır. Belə vəziyyət isə demək olar ki, hər gün təkrarlanır. Qoca, ahıl, körpə uşaqların yuxudan oyanmasına səbəb olan fişəng səsləri Bakının əksər şadlıq evlərində eşidilir. İntensiv olaraq, təkrarlanan belə halların baş verməməsi üçün qanunvericilikdə dəyişiklik edib, İnzibati Xətalar Məcəlləsinin tələblərindən irəli gələn ən yüksək cərimənin tətbiq olunması artıq zəruriləşib.

Azərbaycan Respublikası Milli Məclisinə seçilən millət vəkillərinin müzakirə edib, qanunla tənzimləməli olduqları bu məsələlərə hələki fikir verən yoxdur. Belə çıxır ki, gecə 12:30 və ya ixtiyari bir vaxtda havada əks-səda verən fişəng səsləri asayişin pozulması deyil və ya əhali bu kimi hallara dözüm nümayiş etdirməlidir. Belə halların aradan qaldırılması, toydan sonra havaya atılan fişənglərin birdəfəlik qanunla qadağan edilməsi üçün tədbirlər özünü gözlətməməlidir. Belə olarsa, bu həm də bir mədəni tədbirin həyata keçirilməsi sayıla bilər.


Xəbəri paylaş

6548 dəfə oxunub.

Digər xəbərlər
21-11-2023, 11:56 Tarkandan Bakı rekordu

bütün xəbərlər
____ Instagram ___