Salyanda su arxında hərbi sursat tapıldı - Foto
Tarix: 10-10-2016 | Saat: 20:20
Bölmə:Karusel / M2 / Foto-fakt | çapa göndər
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri oktyabrın 10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, bir qoruq ərazisinə və su arxına baxış keçiriblər. Baxış zamanı ümumilikdə 9 partlamamış hərbi sursat aşkarlanıb. Gün ərzində 11 min kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, Salyan rayonunun Şirvan Milli Parkında səkkiz ədəd partlamamış hərbi sursat - 140 millimetrlik 3 “M-14 OF” raketi, 100 millimetrlik 2 “BR-412B” top mərmisi, 100 millimetrlik 1 “PBR-412” top mərmisi, tank əleyhinə 1 “PQ-7” raketin mühərriki və 100 millimetrlik 1 partlayış dalğalı donanma top mərmisi aşkar olunaraq götürülüb.
Ağdam rayonunun Evoğlu kəndində su arxına baxış keçirilib. Baxış zamanı bir partlamamış hərbi sursat - 100 millimetrlik “OF-32” top mərmisi aşkarlanıb.
Aprelin 7-dən oktyabrın 10-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində, ümumilikdə, 646 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, bir tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna, bir qoruq ərazisinə və bir çınqıl karxanasına baxış olub.
Nəticədə 3947 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72”, 2 ədəd “siqnal minası” və tank əleyhinə 42 mina aşkarlanaraq zərərsizləşdirilib.
Xəbəri paylaş
7288 dəfə oxunub.
Digər xəbərlər

4-06-2021, 10:14
"Ege hospital"da anamın bağırsağını deşib mikrob salıblar"
3-06-2016, 15:19
Ərəblər türklərə xəyanətin 100 yaşını qeyd edir
27-07-2015, 13:08
“Leyla Əliyeva körpə qızı övladlığa götürüb”
15-02-2019, 12:58
Əmrah artıq oxumayacaq
15-01-2016, 11:36
Rusiyada tərbiyəçini fahişəlikdə ittiham edirlər – VİDEO (18+)
7-10-2018, 11:36
Dünyada 4 cür insan var imiş. Kimdir onlar?
9-11-2020, 01:56
Güləşçilərimiz Moskva Qran-prisində medallar qazandı
5-07-2015, 22:18
ABŞ-da ciddi irqçilik problemi (VİDEO)
16-11-2015, 11:38
İŞİD-in qeyri-adi qadağaları - FOTO
17-09-2015, 21:33
Levon Aronyan Bakını gəzdi – FOTO