Metrodakı gizli şəxsi polis axtarır
Tarix: 07-10-2016 | Saat: 14:37
Bölmə:Karusel / Hadisə | çapa göndər
“Metro qatarına “İxlas su” şirkətinə məxsus reklam vasitələrinin yapışdırılması ilə bağlı “Bakı Metropoliteni” QSC məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Fakt Bakı Metropolitenində Polis şöbəsi tərəfindən araşdırılır”.
Bu barədə QSC-nun mətbuat xidmətindən məlumat verilib. Məlumatda vurğulanıb ki, həmin reklam vasitələri vaqon qapısının üst hissəsində yerləşdirilmiş metropoliten xətlərinin sxeminin üzərinə yapışdırılıb. Təbii ki, bu, yolverilməzdir və eyni zamanda dövlət əmlakına zərər vurulması deməkdir.
“Məlum olduğu kimi, 2014-cü ildə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yarandıqdan sonra metroda bütün növ reklam vasitələri yığışdırıldı. Əsas məqsəd metro stansiyalarında, qatarlarda pərakəndəliyi aradan qaldırmaq, qanunsuz, insanların zövqünə, təhlükəsizliyinə maneə yaradan reklam vasitələrini yığışdırmaq idi. Eyni zamanda metro stansiyalarında və qatarlarda təmir-bərpa, yenidənqurma işləri həyata keçirilirdi. Artıq ötən ildən Metro stansiyalarında qanunvericiliyin tələbləri qorunmaqla müasir standartlara cavab verən reklam vasitələrindən istifadə olunur. Görülmüş tədbirlər nəticəsində artıq mertopoliten ərazisində razılaşdırılmamış reklam vasitələrinin yerləşdirilməməsi təmin edilib”-deyə məlumatda bildirilib.
Xəbəri paylaş
7778 dəfə oxunub.
Digər xəbərlər

15-10-2017, 10:24
Qırğızıstanda prezident seçkiləri başlayıb
13-02-2020, 08:39
Bu ildən sonra doğulanlarda xərçəng riski artıb - ARAŞDIRMA
12-07-2016, 00:15
Prezidentdən aztəminatlı ailələrə XOŞ XƏBƏR: Tikinti başlayır
1-08-2017, 16:39
Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar SAXLANILDILAR
15-08-2018, 18:13
Üzüm çəyirdəyinin faydaları
16-08-2015, 19:43
Üsama bin Ladenin oğlundan “əl-Qaidə”yə mesaj
2-02-2018, 14:59
Qəbizlikdən xilas edən DADLI KOKTEYL. Resept
11-04-2017, 13:04
Aparıcı canlı yayımda biabır oldu – VİDEO
15-08-2015, 01:15
Azərbaycan çempionatında oynayan ən bahalı futbolçular