Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lahıcı şoka salan həşəratın adı açıqlandı
Tarix: 05-10-2016 | Saat: 17:52
Bölmə:Karusel / Hadisə | çapa göndər

Lahıcı şoka salan həşəratın adı açıqlandı



Lahıcı ağuşuna alan həşərat Carabidae fəsiləsinə aid böcəkdir. Fəsilə növlərinin sayına görə böcəklər dəstəsinin ən böyük fəsiləsidir.

Bu barədə Zoologiya İnstitutunun parazitoloqu Elşən Əhmədov məlumat verib.


Onun sözlərinə görə, bu böcəyin bütün dünyada 40000-dən çox növü var. Azərbaycanda 300-dək növü məlumdur. Ən çox toplandığı yerlər bağlar, buğda zəmiləri, yol kənarları, meşə talaları, kolluqlar, çəmənliklərin kənarı və daşların altıdır. Əsas etibarilə gecələr aktiv olduqlarından lampa işığına cəlb olunurlar.

Bu böcəklərin insanların bilavasitə özləri üçün heç bir təhlükəsi yoxdur. Dənli bitkilərlə qidalanan karabid böcəklər avqust – sentyabr ayında çoxalmağa başlayırlar. Havaların çox rütubətli keçməsilə əlaqədar kütləvi arta bilərlər. Yetkin fərdə qarşı ənənəvi mübarizə üsullarından (dixlofoslar) istifadə etmək olar.

E. Əhmədov vurğulayıb ki, yayılan həşərat növünün dəqiq təyini üçün böcəkdən bir nümunənin Zoologiya İnstitutuna gətirilməsi vacibdir.

15:15
***
“Lahıc qəsəbəsini və ətraf kəndləri basan həşəratlar əsasən yaz və payız aylarında çoxalırlar”. Bu barədə İsmayıllı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Xanlar Qəmbərov bildirib. Onun sözlərinə görə, bu, artıq ənənə halını alıb: “Demək olar ki, hər il payız və yaz aylarında rütubət çox olduğundan bu həşəratlar ortaya çıxır. Axşam saatlarında uçmağa başlayan həşəratlar səhər işığında yoxa çıxırlar. Heç bir ziyanı olmayan, təhlükəsiz həşəratlardır”.

X. Qəmbərov bildirib ki, həşəratlar gündüz saatlarında yoxa çıxdığı üçün mərkəzin əməkdaşları bu gün axşam saatlarında həmin ərazilərə gedəcəklər: “Həşəratlar yenə görünsə, təyinatı və həlli üçün işlər görüləcək”.

***

14:35

Artıq 3 gündür ki, hər axşam Lahıc qəsəbəsini mənşəyi bilinməyən həşəratlar basır.

"Xəbəraz.az " “qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə qəsəbə sakinləri sosial şəbəkədə foto və videolar paylaşıb. Onların sözlərinə görə, hazırda bütün qəsəbə və ətraf kəndlər bu vəziyyətdədir: “Adını da bilmədiyimiz bu həşəratlar axşam 5 radələrində uçuşmağa başlayır, səhərlər isə gözə dəymirlər. Fotolara baxan şəxslər çox təhlükəli olduğunu deyir. Bələdiyyəyə müraciət etmişik. Sədr deyir ki, 63 yaşım var, ancaq mən belə bir şey görməmişəm. Aidiyyatı orqanlar isə “bizlik deyil” deyir. Bizim də əlimizdən bir iş gəlmir, vəziyyət gün keçdicə daha da qəlizləşir”.

Qəsəbə sakinləri onu da qeyd edib ki, həşəratlara qarşı müxtəlif dərman vasitələrindən istifadə edilsə də, bir nəticəsi olmayıb.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi Rövşən Ziya isə bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi artıq bu barədə məlumat əldə edib və hazırda araşdırma aparılır. Araşdırmaların nəticələri ilə bağlı sabah gün ərzində mətbuata açıqlama veriləcək.

Lahıcı şoka salan həşəratın adı açıqlandı
Lahıcı şoka salan həşəratın adı açıqlandı


Xəbəri paylaş

6108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___