Mirşahin: "Hansısa İlkin Həsəni..."
Tarix: 22-05-2015 | Saat: 17:08
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev ATV-nin aparıcısı İlkin Həsəninin səsləndirdiyi fikirlərə cavab verib
Xeberaz.az xəbər verir ki, M.Ağayev ölkə.az-ın əməkdaşıyla söhbətində məsələyə münasibət bildirmək istəmədiyini söyləsə də, teleaparıcı barədə bəzi ifadələr səsləndirib:
"Gəlin belə danışaq da. Siz ANS-in vitse-prezidentinə, baş direktora zəng vurub, hansısa İlkin Həsəniylə bağlı söz soruşursunuz. Mən belə müraciətləri qəbul etmirəm".
Əməkdaşımızın "Telekanalınızın əməkdaşları rəhbərliyin icazəsi olmadan danışmırlar" xatırlatmasından sonra M.Ağayev bunları deyib:
"Başa düşdüm, başa düşdüm... Hesab etmirəm ki, İlkin Həsəni Mirşahinin cavab verəcəyi pilləkəndir, yaxud pilləkənin bir bölməsidir. Bu, tamamilə başqa şeydir, nə lazımdırsa, müəllifdən soruşun".
Qeyd edək ki, İlkin Həsəni ANS-in əməkdaşı Ləman Ələşrəfqızının Mətanət Əliverdiyeva haqda hazırladığı süjetə sosial şəbəkədə belə cavab vermişdi:
"14 ildir TV-də işləyirəm, bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir ŞƏRƏFSİZLİYİ görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiz, onlar ATV-yə gəldilər, hörmət, azadlıq və yüksək maaş gördülər, amma belə etməməli idiniz! Bu gün siz rəsmən ATV kanalına efir müharibəsi elan etdiniz! Ok, olsun!"
Xəbəri paylaş
6718 dəfə oxunub.
Digər xəbərlər

12-11-2017, 13:56
Telman İsmayılovun otelindən OĞURLUQ
13-03-2017, 11:02
Bakının mərkəzində ağır qəza: ölən var
30-11-2016, 12:02
Qaynatasını öldürən gəlin: "Mənə sahib olmaq istəyirdi"
6-04-2018, 10:28
“Arsenal”dan böyükhesablı, “Atletiko” və “Latsio”dan inamlı qələbə
13-07-2016, 23:47
Avropanın ən ucuz şəhərləri - Siyahı
28-11-2016, 23:15
Röyanın keçmiş həyat yoldaşı azərbaycanlı məşhurun nəvəsi imiş - FOTO
10-10-2016, 19:35
Həkim mişara əl atdı və öz xəstəsini... - FOTO
18-11-2016, 12:34
Ramil Şeydayev “Trabzonspor”dan ayrılır?