Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mətanət İsgəndərli MTN-nin agenti olub - İDDİA
Tarix: 05-10-2016 | Saat: 10:11
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Mətanət İsgəndərli MTN-nin agenti olub - İDDİA

“Mətanət İsgəndərli həmişə MTN-in birinci müavini KQB generalı Hilal Əsədovun agenti olub, onunla iş birliyində olub. Hilal Əsədov da Mətanəti bu günə qədər həbslərdən qoruyub”.

"Xəbəraz.az " “Yeni Müsavat”a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev “Hüriyyət” qəzetinə göndərdiyi məktubunda qeyd edib.

E.Abdullayevin iddialarına görə, qardaşı Mahir Abdullayevin oğurlanması cinayətinin bilavasitə təşkilatçısı keçmiş MTN-in birinci müavini general Hilal Əsədov olub: “Mətanət İsgəndərlinin mediada cavablarına diqqət yetirdikdə onun əməkdar artisti-müğənni dilində deyil, bir kriminal, professional ”oğru dili"ndə danışdığını görürük...
Nə qədər ki, Hilal Əsədov və müğənni Mətanət İsgəndərli azadlıqdadır, heç bir vaxt Akif Çovdarovun “MTN işi” cinayətlərinə həqiqi və obyektiv hüquqi qiymət verilə bilməz. Onların hər ikisinin Akif Çovdarovla birlikdə məsuliyyətə cəlb olunmasını tələb edirəm".

Sabiq rektor həmçinin bildirib ki, məlum cinayətin şahidləri müğənni Mətanət İsgəndərlinin ailə üzvləri, bacısı Təranə, dayısı oğlu-sürücüsü Teymur və onun anası, bacısı, prodüseri Ələddin və bu günə qədər mediada ictimailəşdirilən şəxslərdir.

M. İsgəndərli və yaxınları isə barələrində səslənən ittihamlar haqda mətbuata danışmaqdan imtina ediblər.


Xəbəri paylaş

6618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___