Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıdakı tıxac probleminin həlli Qarabağdan keçir
Tarix: 01-10-2016 | Saat: 20:48
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bakıdakı tıxac probleminin həlli Qarabağdan keçir

Yeni tədris ilinin başlanması, həmçinin, bir neçə gündür Bakını cənginə alan intensiv yağıntılar şəhərin nəqliyyat sistemini iflic edib, paytaxtın ənənəvi problemini yenidən gündəmə gətirib. Həftə ərzində qabartmağa çalışdığımız məsələyə bu dəfə fərqli aspektdən yanaşmağı qərara aldıq.

Son 25 ildir bizi tərk etməyən Qarabağ və tıxac problemi.
"Xəbəraz.az " bildirir ki, məsələ ilə bağlı fikirlərini Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı modern.az-a bölüşüb. O bildirib ki, tıxaclar hər bir ölkədə olan problemdir:
"Bakı şəhəri rayonların hamısından gələn insanlarla doludur. Çıxış yollarından biri regionlarda yeni iş yerlərinin açılmasıdır ki, insanlar bir tikə çörəkdən ötrü Bakıya qaçmasınlar.

Ən əsas çıxış yolu isə Qarabağdan keçir. Qarabağ tezliklə geri qaytarılmalıdır. Əgər belə olarsa, məcburi köçkünlərin böyük əksəriyyəti öz dədə-baba yurduna qayıdacaq. Bildiyiniz kimi, onların çoxu elə Bakıda cəmləşib. Ərazilərimizin işğaldan azad olunması, məcburi köçkünlərin torpaqlarına qaytarılması bir çox problemlərin həllinə öz təsirini göstərəcək. O cümlədən, Bakının rahat nəfəs almasına, tıxacların azalmasına təkan verəcək".

A.Nağı cəmiyyət arasında tez-tez səslənən "Qarabağ qayıtsa, qarabağlılar Bakıdakı evini, işini qoyub oralara dönməz" fikirlərilə razılaşmayıb:

"Mütəmadi olaraq məcburi köçkünlərin arasında olan insan kimi deyə bilərəm ki, böyük əksəriyyət torpaqların işğaldan azad olunması gününü böyük səbirsizliklə gözləyir. Onlar elə həmin gün torpaqlarına qayıtmaq istəyirlər. Amma təbiidir ki, proseslərin gedişində Bakıda özünə iş quranların, ev tikənlərin müəyyən faizi qala bilər. Buna da təbii yanaşmaq lazımdır.

Bunu qaçqınlara, köçkünlərə qarşı qarayaxma kampaniyasına çevirmək lazım deyil. Çünki məcburi köçkünlərin hamısında vətənə bağlılıq, torpağa həsrət var. Ona görə də böyük əksəriyyət qayıdacaq. Mən deyərdim ki, elə ailə olmayacaq ki, oradan 2-3 nəfər qayıtmasın. Ötən müddət ərzində ailələr böyüyüb. Ola bilər, kiminsə oğlu, qızı şəhərdə qalsın, amma öz ata yurduna mütləq qayıdanlar olacaq. Buna heç kim şübhə etməsin".


Xəbəri paylaş

7418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___