Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünya ordularının ehtiraslı qadın əsgərləri və Çin əyləncəsi – FOTO/VİDEO
Tarix: 01-10-2016 | Saat: 15:01
Bölmə:Karusel / Maraqlı / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Dünya ordularının ehtiraslı qadın əsgərləri və Çin əyləncəsi – FOTO/VİDEO

Dünya ordularının ehtiraslı qadın əsgərləri və Çin əyləncəsi
Ordu əyləncələr üçün yer deyil, ancaq Çinli qadın əsgərlər fərqli düşünürlər.
Çinli qadın əsgələrinin sıra düzülüşündə etdikləri qeyri-ciddiliyinə baxmayaraq, onlar ordu üçün xeyrli qüvvədir.
Axı komandada işləmək bacarığı hərbi qulluqçunun ən əhəmiyyətli keyfiyyətlərindən biridir. Aşağıdakı videoda da çinli qadın əsgərlərin bu məharətini izləyə bilərsiniz.
Kişilərin 2 il məcburi hərbi xidmət etməli olduğu Çində qadınların da hərbi xidməti nəzəriyyədə zəruridir. Ancaq dünyada ən böyük əhaliyə sahib Çində orduya könüllü gələnlər çox olduğu üçün hökumət qadınları hərbi xidmət keçməyə məcbur etmir. Lakin dünyanın ən böyük ordusu olan Çin ordusunda qadınların sayı kifayət qədərdir. Onların az bir hissəsi real döyüş vərdişlərinə yiyələnirlər. Qadın əsgərlər əsasən tibb, ofis və bu kimi digər işlərdə çalışır.
Qeyd edək ki, son illər dünya ordularında qadınların xidmət keçməsi halları artmaqdadır. Qadınlara aktiv cəbhə vəzifəsi verən ölkələr arasında Yeni Zellandiya, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, Norveç, İsrail və İsveçrə var.
Norveç parlamenti 2014-cü ildə qadınların həqiqi hərbi xidmətə çağırılması barədə qanun qəbul edib. Qadınlar orada 2016-cı ilin yayından etibarən ordu sıralarına cəlb olunurlar. Beləliklə, Norveç qadınların məcburi hərbi xidmət keçmələri haqqında qanun qəbul edən ilk Avropa dövləti və ilk NATO üzvüdür. Əvvəllər şəxsi heyətin 12,5 faizini təşkil edən norveçli qadınlar orduda könüllük əsasında xidmət edirdilər.
Hazırda qadınlar üçün məcburi hərbi xidmət İsrail və Myanma dövlətlərinin silahlı qüvvələrində tətbiq olunur. 1986-cı ildə qəbul edilmiş qanuna əsasən İsrail ordusunda 18 yaşdan yuxarı, ərdə olmayan sağlam qadınlar 24 aylıq hərbi qulluğa çağırılırlar. Hərbi qulluqdan imtina onların cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə bilər. Hazırda qadın hərbçilər İsrail ordusunun 33 faizini təşkil edir. Myanmada isə 18-27 yaş arasında olan qadınlar 2011-ci ildən hərbi xidmətə çağırılırlar.
Bir çox ölkələrdə isə qadınlar hərbi xidmətə könüllük əsasında cəlb olunurlar. ABŞ-da 1942-ci ildən başlayaraq qadınlar xüsusi təyinatlı hissələr istisna olmaqla bütün qoşun növlərində xidmət edə bilərlər. Hazırda ABŞ ordusunun 20 faizini zərif cinsin nümayəndələri təmsil edir.
Qadınların könüllük əsasında hərbi xidmətə cəlb olunması praktikası Kanadada 1895-ci ildən, Böyük Britaniyada 1917-ci ildən, Almaniyada 1975-ci ildən, İsveçrədə 1980-ci ildən, İspaniyada isə 1989-cu ildən tətbiq edilir. Avropada 22 faizlik göstərici ilə ən “feminist” orduya Fransa malikdir. Fransız qadınlarına 2014-cü ildən hərbi əməliyyatlarda iştirak etmək hüququ da verilib.
İranda isə daxili işlər idarəsinin nəzdində qadınlardan təşkil olunmuş xüsusi təyinatlı yarımhərbi birləşmə - “Əz-Zəhra” taboru İslam Keşikçiləri Korpusunun bayrağı altında fəaliyyət göstərir.Publika.az




Dünya ordularının ehtiraslı qadın əsgərləri və Çin əyləncəsi – FOTO/VİDEO
Dünya ordularının ehtiraslı qadın əsgərləri və Çin əyləncəsi – FOTO/VİDEO
Dünya ordularının ehtiraslı qadın əsgərləri və Çin əyləncəsi – FOTO/VİDEO
Dünya ordularının ehtiraslı qadın əsgərləri və Çin əyləncəsi – FOTO/VİDEO
Dünya ordularının ehtiraslı qadın əsgərləri və Çin əyləncəsi – FOTO/VİDEO
Dünya ordularının ehtiraslı qadın əsgərləri və Çin əyləncəsi – FOTO/VİDEO
Dünya ordularının ehtiraslı qadın əsgərləri və Çin əyləncəsi – FOTO/VİDEO
Dünya ordularının ehtiraslı qadın əsgərləri və Çin əyləncəsi – FOTO/VİDEO


Xəbəri paylaş

1 3328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___